Arterial təzyiqin ölçülmə qaydası
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Elə adi proseslər var ki, həkim və ya tibb işçisi olmayanlar da onu yerinə yetirməli olur. Məsələn, təzyiqin və ya qanda şəkərin ölçülməsi. İlk baxışda kiməsə çox adi və sadə görünən həmin prosedur zamanı bir sıra qaydalar var ki, əslində onlara əməl etmək lazımdır. Ona görə daha tez-tez üzləşilən təzyiqin ölçülmə qaydası haqqında məlumat verməyi Neyrocərrahiyyə xəstəxanasının həkim-kardioloqu Nərgiz Məmmədovadan xahiş etdik.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, o, bu barədə deyib: "Arterial təzyiqin ölçülməsi xüsusi cihaz-sfiqmomanometr və ya tonometrlə aparılır. Təzyiqi ölçməzdən 1saat qabaq kofe və tünd çay qəbul etmək, siqaret çəkmək olmaz, yeməkdən yarım saat keçməlidir. Təzyiqi ölçməzdən 1saat əvvəl burun və göz damcısını çıxmaq şərtilə digər dərmanların qəbulu dayandırılmalıdır. Əsəbi halda təzyiqi ölçmək düzgün deyil, onu yalnız sakitləşəndən 5 dəqiqə sonra etmək lazımdır. Ölçülməzdən əvvəl rahat oturaq vəziyyət seçilir, vacib olduqda uzanıqlı və ayaqüstü vəziyyətdə də proseduru aparmaq olar. Tonometrin manjet hissəsi dirsəkdən 2 santimetr yuxarı olmaqla bazu nahiyəsinə ürək səviyyəsində bağlanılır. Manjeti çox sıx bağlamaq lazım deyil. Daha sonra fonendoskopun başcığı dirsək çuxuruna yerləşdirilir. Nəbz itənə qədər balonla manjetə hava doldurularaq bazu arteriyası sıxılır. Bundan sonra ventil açılaraq yavaş-yavaş manjetin içərisindəki hava ilk nəbz vurğusunu eşidənə qədər buraxılır. Həmin andakı şkaladakı göstərici sistolik təzyiqin, nəbzin itdiyi an isə diastolik təzyiqin göstəricisi olacaq".
Həkim-kardioloq daha sonra söyləyib: "Təkrar təzyiqölçmə proseduru 3-5 dəqiqədən sonra aparılır. Həmin proses zamanı kəskin hərəkət etmək və danışmaq olmaz. Arterial təzyiqi sağ qolda (solaxaylarda sol qolda) ölçmək düzgündür. Əgər şübhə yaranarsa, təzyiq hər iki qolda ölçülə bilər. Sağ və sol qollar arasındakı təzyiq fərqi 5-10 mm civə sütunu ola bilər. Bəzən olur ki, evdə ölçülən təzyiqlə həkimin ölçdüyü təzyiq arasında 10-20 mm civə sütunu fərq yaranır. Həkim qəbulunda həmin göstərici daha yüksək olur. Bunu "ağ xalat sindromu" adlandırırlar və o, əsasən stress fonunda meydana çıxır. Xüsusilə 30 yaşına qədər qadın və qeyri stabil sinir sistemi olanlar arasında həmin hala təsadüf edilir. Arterial təzyiqi, onun yüksəlməsinə hər şübhə olduqda nəzarət üçün gündə iki dəfə-səhər və axşam ölçmək məsləhətdir."
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Mingəçevir” pley-off-da
-
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
-
Mələkxanım Eyubova gəlini ilə - FOTO
-
İlk dəfə “Qarabağ”ın heyətində meydana çıxacaqlar
-
Santyaqo Penya Prezident İlham Əliyevi təbrik edib
-
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
Kim Çen In Prezident İlham Əliyevi təbrik edib
-
Məcburi evdən çıxarma və məcburi köç hallarının monitorinqi üçün daimi çoxtərəfli mexanizmlər yaradılmalıdır - WUF13-ün yekun sənədi
-
Bəhreynin Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
UFC prezidenti Dana Uaytdan Azərbaycan azarkeşlərinə xüsusi çağırış: "Bakı, hazır olun!"
-
Şeyx Mansur bin Zayed Al Nəhyan Prezident İlham Əliyevi təbrik edib
-
Şeyx Məhəmməd bin Raşid Al Maktum Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
BƏƏ Prezidenti İlham Əliyevi təbrik edib
-
Paşinyan, Köçəryan və Karapetyanın reytinqi açıqlandı
-
Sərvəti 1 milyardı keçdi
-
Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab
-
Bu şəxslər iki ildən bir sürücülük vəsiqəsi almalıdır
-
Yazıçı Anar: "Lalə Məmmədova kimdir?"
-
Mehdiabadda qazın verilişi DAYANDIRILACAQ - YENİLƏNİB
-
Sabiq partiya sədrinə hökm oxundu
-
Rayonlara yağış yağır, Göyçaya dolu düşüb
-
Həsən Əliyev küçəsində minib-düşmə yeri yaradılıb - FOTO
-
Bakı-Tbilisi-Bakı qatarında uşaqlar üçün gediş haqqı açıqlandı
-
"Bakı Fəaliyyətə Çağırış" - WUF13-ün yekun sənədinin mətni dərc olunub





