Cəmiyyət

“Əl-Mizan” kitabı hansı mövzudadır və əsas özəllikləri nədir?

11 Yanvar 2018 22:45
2 Şərh     Baxış: 7 365
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Əl-Mizan" təfsiri XX əsrdər qələmə alınmış ən məşhur Quran təfsirlərindən sayılır. Onun müəllifi görkəmli müsəlman alimi, filosof Əllamə Seyyid Muhəmməd Hüseyn Təbatəbaidir (1903-1981).

Milli.Az islam.az-a istinadən bildirir ki, Əllamə Təbatəbai azərbaycanlıdır və Təbrizdə doğulmuşdur. Onun müəllimləri arasında Seyyid Hüseyn Badkubeyi, Mühəmməd Hüseyn Naxçıvani Ğərəvi Kompani kimi həmyerlilərimizin də adlarını görürük. "Əl-Mizan" təfsiri nadir rast gəlinən bir üslubda qələmə alınmışdır, hətta Əllamə Təbatəbaini yeni təfsir üslubunun banisi sayırlar. Bu, Quranı Quranla təfsir etmə üslubudur. Müəllif hər bir ayəni təfsir etmək üçün digər ayələrdən istifadə etmiş, yeri gəldikcə müvafiq məzmunlu hədislərdən də faydalanmışdır. "Əl-Mizan" təfsiri fəlsəfi yönümlüdür, burada fəlsəfi mövzular üstünlük təşkil edir. Əsər ərəb dilində yazılmışdır və 20 cilddən ibarətdir. Bir çox dillərə (fars, ingilis, türk, rus) tərcümə olunmuşdur, Azərbaycan dilində tərcüməsi də tədricən nəşr edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.