Pensiyaların hesablanması QAYDASI DƏYİŞDİ - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması qaydası açıqlanıb.
Bu hallar Əmək və Əhalinin Sosiall Müdafiəsi Nazirliyi Kollegiyasının təsdiq etdiyi və artıq qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nda əksini tapıb.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, qaydaya əsasən, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının baza və sığorta hissələrinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsi hesab edilir.
Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.
Qanunun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir.
Qaydaya əsasən, əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Xarici İşlər Nazirliyi üzrə diplomatik xidmət imtahanının birinci mərhələsi keçirildi
-
Günəşdə güclü enerji partlayışı baş verib
-
Dübəndidə dəniz sahilinin neftlə çirklənməsinin səbəbi açıqlanıb
-
Abşeron çimərliklərində sabahkı hava açıqlandı
-
Bu gün ilin ən uzun gündüzü və ən qısa gecəsidir
-
Bakının bir sıra rayonlarında su verilişində 2–3 saatlıq fasilələr olacaq
XƏBƏR LENTİ
-
Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur
-
Zolaqlı geyimləri kombinləməyin 4 yolu
-
İngilis çay saati klassiki: Scone resepti
-
Bakıda yağışdan sonra yaranan gölməçə probleminə çarə - (Video)
-
Ən yaxşı yemişi seçməyin yolları - Sadəcə qoxulamaq kifayət deyil
-
Üstündən avtobus keçən qadının nəvəsi baş verənləri danışdı - (Video)
-
Bakıda sürücü motosikletçini vuraraq qaçdı (Video)
-
"Al Hadath": İran ABŞ ilə danışıqları vasitəçilərlə davam etdirir
-
Günün qoroskopu: Romantik münasibətlərdə xoş sürprizlər ola bilər
-
Messi yenidən "Barselona" forması geyinəcək
-
Osimhen üçün 150 milyonluq tələb: "Manchester United" hərəkətə keçdi
-
Hüseyn Məhəmmədoğlu:“Get dişini düzəlt, pulun yoxdur?”
-
Azərbaycan boksçuları 12 medal qazanıb (Foto)
-
Yasamalda yaşayış kompleksində mənzil yanıb - (Video)
-
“Goal” tarixin ən yaxşılarını seçdi
-
Bakıətrafı qəsəbələrdə qiymət 15% qalxacaq - (Video)
-
"Al Mayadeen": Tramp üzr istəməyənə qədər İran danışıqlara davam etməyəcək
-
Anomal istilərə görə Fransada 845 məktəb bağlanacaq
-
Yamal Messini keçdi
-
Moskvada binada güclü yanğın - 60 nəfər təxliyə edilib
-
DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını darmadağın edib
-
Yup-yumşaq, tək-tək pizza resepti
-
Xəyalənin 14 yaşlı qızı - (Foto)
-
ABŞ-də təyyarə qəzası - ölənlər var





