Cəmiyyət

"Bu Şəhərdə"nin Coşqunu vəfat edib? - AÇIQLAMA

14 Noyabr 2017 12:31
54 Şərh     Baxış: 46 169
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu Şəhərdə" komandasının üzvü Coşqun Rəhimovun ölüm xəbəri sosial şəbəkələrdə yayılıb.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, C.Rəhimovla bağlı bəzi profillərdə aktyorun vəziyyətinin qəflətən pisləşdiyi və rəhmətə getdiyi yazılıb.

Məlumat qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb. İddialarla bağlı "Bu Şəhərdə" layihəsinin prodüseri və ssenari müəllifi Müşfiq Abbasov məlumat paylaşıb. O, bu məlumatın yalan olduğunu və bilərəkdən kimlərinsə konsert ərəfəsində bu cür məlumatlarla işlərinə kölgə salmaq istədiklərini bildirib:

"Kimlərsə və "nələrsə", bizim Coşqunun adından, şöhrətindən, statusundan istifadə edərək, onun haqqında ağzına və başqa orqanlarına gələni yazaraq, əfsuslar olsun, özlərinə reytinq və çörək qazanmaq istəyirlər.... və qazanırlar. Biləsiniz - sizin "xəbər"iniz özünüz kimi "odnorazovıy"dır. Dostlar! ALLAHA Şükür Coşqun sağ-salamatdır, keyfi yaxşıdır, əhvalı gözəldir, özü də hal-hazırda bizim Londonda keçiriləcək konsertimizə hazırlaşır. Və Bizim Rafaelnən, onun ailəsi ilə bağlı, şəkilləri paylaşaraq, "sensasiya" yaratmaq istəyənlərin nəzərinə: - Adam erməni olmaz. P.s. Var olsun Bizim Tamaşaçılar!"

Xatırladaq ki, Coşqun Rəhimov bundan öncə də boğazından əməliyyat olunmuşdu. O bədxassəli şiş xəstəliyindən əziyyət çəkir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.