Cəmiyyət

Təl-Əvivdən Bakıya turpaket daxilində uçuşlar həyata keçiriləcək

25 Sentyabr 2017 19:34
0 Şərh     Baxış: 831
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə İsrailin aparıcı səyahət şirkəti olan "İsrair Airlines and Tourism" şirkəti arasında əməkdaşlıq əlaqələrinin müzakirəsinə həsr olunmuş görüş keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüş çərçivəsində Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və adıçəkilən şirkətin baş icraçı direktoru Uri Sirkisin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.

Görüş zamanı N.Səmədov qonağı salamlayaraq ölkəmizin turizm potensialının xarici ölkələrdə tanıdılması və Azərbaycana daha çox turistlərin cəlb olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan tədbirlər barədə məlumat verib. Həmçinin təbliğat və marketinq sahəsində Mədəniyyət və Turizm Nazirliyi ilə ölkəmizə beynəlxalq uçuşlar həyata keçirən aviaşirkətlər arasında əməkdaşlığın vacibliyi vurğulanıb.

"İsrair Airlines and Tourism" şirkətinin baş icraçı direktoru Uri Sirkis rəhbərlik etdiyi şirkətin fəaliyyət istiqamətlərindən söz açaraq 2 oktyabr 2017-ci il tarixindən etibarən sözügedən şirkətin həftədə 3 dəfə olmaqla Təl-Əvivdən Bakıya turpaket daxilində uçuşlar həyata keçirəcəyi haqqında məlumat verib. U.Sirkis, öz növbəsində, Azərbaycanın İsrail vətəndaşları üçün turistik nöqteyi nəzərdən vacib istiqamət olduğunu vurğulayaraq, qısa müddət ərzində ölkəmizə çoxsaylı turistlərin gələcəyinə ümidvar olduğunu bildirib.

Görüşün yekununda Mədəniyyət və Turizm Nazirliyi və "İsrair Airlines and Tourism" şirkəti arasında bir sıra ortaq marketinq işlərinin aparılması barədə razılığa gəlinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.