Bu gün demək olar ki, mobil rabitə inkişafının ən yüksək həddindədir. Mobil telefonlar artıq gündəlik həyatımızın lazımlı və əvəzsiz ünsiyyət vasitəsinə çevrilib. Bununla belə, heç də istifadəçilərin hamısı mobil telefonların keyfiyyətindən razı deyil. Aparılan sorğulara görə, telefonların tez sıradan çıxmasına bəzən telefonun keyfiyyətsiz olmağı, bəzən isə istifadəçilərin səhlənkarlığı səbəb olur.
25 yaşlı Günel Həsənova mobil telefonlarını tez-tez dəyişir. "Sonuncu dəfə mobil telefonumu suya saldığım üçün dəyişməli oldum".
Mobil telefon ustası Ramil Rəhimov isə hesab edir ki, belə hallarda heç də telefonu dəyişməyə ehtiyac yoxdu. Belə ki, onun sözlərinə görə, mobil telefon suya düşəndə ilk növbədə batareykanı, sim-kartı, yaddaş kartı çıxarmaq, sonra telefonun özünü qurutmaq lazımdır. "Telefonu adi saç feni vasitəsi ilə də qurutmaq olar. Ən azı bir sutka ərzində telefon qurudulmalıdır. Əgər fen yoxdursa, uzun düyünün içərisinə mobil telefonu qoymaq olar. Belə ki, düyü suyu özünə çəkir və mobil telefon quruyur".
Mobil telefonda hansısa bir detalın sıradan çıxmağına gəlincə, həmsöhbətim qeyd edir ki, telefon təmir olunan yerlərdə istifadəyə yararsız hissələr köhnə telefonlardan çıxarılaraq əvəz olunur. "Telefonlar üçün yeni ehtiyat hissələri alınsa da, köhnə telefonların ehtiyat hissələrindən də istifadə olunur".
Müsahibim orijinal mobil telefonların saxtalardan ayırmağın yollarını da açıqlayıb. "Xüsusi kodlar vasitəsilə asanlıqla mobil telefonun orijinal və ya saxta olduğunu müəyyənləşdirmək olar. Misal üçün, "Nokia" markalı telefona "ulduz, diez, dörd sıfır, diez" kodu daxil etməklə onun orijnal olduğunu yoxlamaq olar. "Samsung" markalı telefonu yoxlamaqdan ötrü "ulduz, diez, 1234, diez" kodunu yazdıqda telefon haqqında məlumat ekrana çıxır. Saxta telefonlarda isə kodu yazdıqda heç bir məlumat ekranda görünmür".
Mobil telefon mağazasının satıcısı Vəfa Tağıyeva alıcılar arasında smartfon telefonların daha məşhur olduğunu bildirir. "Smartfon cib kompyüterinin funksiyalarını özündə cəmləşdirən mobil telefondur. Smartfondakı proqramlar elektron poçta daxil olmağa, internetdə işləməyə, musiqi dinləməyə, kitab oxumağa və müxtəlif funksiyalardan yararlanmağa imkan verir. Bütün bu xüsusiyyətlərinə görə istifadəçilər bu tip mobil telefonlara üstünlük verir", - deyən V.Tağıyevanın sözlərinə görə, lakin bu telefonları istifadə etməmişdən qabaq telefona virus düşməsin deyə xüsusi proqramlar və antivirus yükləmək lazımdır.
"Ekspress" qəzeti
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Orijinal mobil telefonu saxtadan necə ayırmalı?
15 İyul 2011 14:34
Baxış: 30 934

DİGƏR XƏBƏRLƏR
-
Din xadimləri yaslarda "ehsan"ın qalmasında niyə maraqlıdır və dövlət müdaxilə etməlidirmi?
-
Kondisioner alarkən bu nüanslara diqqət edin
-
Milli Məclis sədrinin təşəbbüsü ilə Şəmkirdə növbəti pulsuz hüquqi yardım aksiyası keçirilib - FOTO
-
Aşura günü nə vaxtdır?
-
Məşhur kosmetoloq fəaliyyətini dayandırdı, mərkəzi satışa çıxarıldı - FOTO
-
Azərbaycanda radiasiya təhlükəsi var? – AÇIQLAMA
XƏBƏR LENTİ
-
Namaza toplaşanlara silahlı hücum - 71 ölü var
-
Prezident: Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır
-
İstanbul nəhənglərinin keçmiş ulduzu başını BAĞLADI - FOTO
-
İlham Əliyev: Son 20 il ərzində biz Azərbaycanın energetika sistemini demək olar sıfırdan qurmuşuq
-
Trampdan İsrail və İrana MÜRACİƏT
-
Prezident: “8 Noyabr” Elektrik Stansiyası Mingəçevirin Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək
-
Cahan Namazova Londonda keçirilən Golden Time Talent Festival ilk mükafatına layiq görülüb – VİDEO - FOTO
-
Prezident: “8 Noyabr” Elektrik Stansiyasının açılışı ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək
-
Bəzi qəsəbələrdə qaz olmayacaq
-
Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı mərasimi keçirilir
-
İranla İsrail arasında atəşkəs elan olundu
-
Türkiyədə zəlzələ baş verdi
-
Lirə və avro bahalaşdı, dollar isə bu qiymətə satılır - RƏSMİ
-
Skuterin vurduğu aktrisa: "Gəldi evimə, üzr istədi"
-
Din xadimləri yaslarda "ehsan"ın qalmasında niyə maraqlıdır və dövlət müdaxilə etməlidirmi?
-
Məhərrəm ayı qabağı qızıl bazarında vəziyyət necədir? - VİDEO
-
Yayda şans bu bürclərin üzünə güləcək
-
Moruqla arıqlaya bilərsiniz
-
Paltaryuyan maşından gələn qoxunun qarşısını necə almaq olar?
-
“Yalı Çapkını”nın ulduzu brendlə 86 min manatlıq müqavilə imzaladı
-
Kondisioner alarkən bu nüanslara diqqət edin
-
Yer kürəsinin nüvəsindəki gözlənilməz kəşf alimlərin kainat anlayışını dəyişdirdi
-
Həyat və ölüm arasında üçüncü mərhələ də var?
-
Tramp: İran gözlədiyimizdən zəif reaksiya verdi