Cəmiyyət

Günün qoroskopu: deyilənləri ürəyinizə salmayın

13 Sentyabr 2017 00:01
31 Şərh     Baxış: 7 681

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - Bu gün yarana biləcək istənilən mürəkkəb situasiyalardan mütləq çıxış yolu tapacaqsınız. Əsla gözləmədiyiniz köməkçi və yardımçılar qəflətən peyda ola bilərlər. Planlaşdırılmamış gəlirlər də mümkündür. İş yerinin dəyişdirilməsi ilə bağlı təklif ala bilərsiniz.

Yaxınlarınız və ailə üzvlərinizlə münasibətləriniz harmonik, rəvandır, asanlıqla güzəştə gedirsiniz. Romantik görüş yaxşı keçəcək, xeyli təəssürat alacaqsınız. Sevimli insana xoş sürpriz etmək üçün əlverişli gündür.

Buğa - Ətrafınızdakı insanlara qəribə və mənasız təsir bağışlayan qərarlar qəbul edəcəksiniz. Amma hər şeyə rəğmən məqsədə doğru irəliləyirsiniz. Tənqidlər və məsləhətlər sizi yolunuzdan sapdırmayacaq. Günün ikinci yarısında çoxdan həll olunası problemi çözmək və mövqelərinizi möhkəmləndirmək şansı əldə edəcəksinz.

Diqqət mərkəzində olacaqsınız. Yeni tanışlıqlarda ehtiyatlı olun. Bu gün yeni, faydalı işgüzar əlaqələr yarada bilərsiniz. Sevdiyiniz insanlarla münasibətlərinizdə romantika artacaq.

Əkizlər - Xasiyyətinizin ən yaxşı məqamları bu gün daha qabarıq görünəcək. Bu gün hamının xoşuna gələcəksiniz. Lakin bu gün rəğbət bəslədiyiniz adamların az sonra bəzilərinin sizə xəyanəti istisna deyil. Analitik işlər, hesabatlar, düşüncə üçün əlverişli gündür. Günün ikinci yarısında sərfəli sövdələşmələrə nail ola bilərsiniz.

Bu gün çoxlu orijinal ideyalarınız var. Onların heç olmasa, birinin reallaşmasına yaxınlarınızı, tanışlarınızı və dostlarınızı cəlb edin. Gün maraqlı, həyəcanlı olacaq.

Xərçəng - İntellektual iş üçün uğurlu gündür. Gəldiyiniz nəticələr paradoksal da olsa, doğrudur. Müşahidələriniz sizi aldatmayacaq. Uzun müddətdən bəri dil tapa bilmədiyiniz adamla bu gün razılığa gələ biləcəksiniz. Bu isə yaxşı tanışlıq, məhsuldar əməkdaşlıq və ya isti münasibətlərin əvvəli ola bilər.

Təmaslar, görüşlər, danışıqlar günüdür. Ətrafdakı insanlara xoş təəssürat bağışlayacaqsınız. Axşam saatlarını rahat keçirin, qüvvələrinizi bərpa edin.

Şir - Çoxdan bəri kiminləsə mübahisə etmək istəyirdinizsə, istəyinizi bu gün gerçəkləşdirin. Opponentinizi "məğlub" etmək və özünüzə inandırmaq üçün bütün şanslarınız var. Nüfuzlu insanlar, dövlət qurumlarının nümayəndələri ilə ünsiyyət, danışıqlar, müzakirələr üçün əlverişli gündür. Nəzərdə tutduğunuz işi görmək və ya layihəni həyata keçirmək üçün pul almaq şanslarınız var.

Şəxsi məsələlərdə gün neytral olacaq. Yeni təəssüratlar, parlaq emosiyalar istəyirsiniz. Təşəbbüskar olun. Ətrafdakı insanlar niyyət və planlarınızdan, çətin ki, xəbərdar olsunlar.

Qız - İstənilən yeniliklər və eksperimentlər üçün əla gündür. Yeni müttəfiqlər tapacaqsınız. Hətta əvvəllər tərəfinizdə olmayan insanlar belə arqumentlərinizin səhihliyini dana bilməyəcəklər. Maliyyə baxımından isə gün o qədər uğurlu deyil. Gəlirlər özünü bir qədər gözlədəcək. Nəzərdə tutulmamış xərclər istisna olunmur.

Uğurlu insanlarla təmaslar üçün əlverişli gündür. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bu insanlardan enerji ala bilərsiniz. Bacarıq və biliklərinizi artırmağa çalışın.

Tərəzi - Gün asan olmasa da, baş verəcək hadisələr xeyrinizə ola bilər. Səhvlərdən nəticə çıxarmaq və başqalarının təcrübəsini təhlil etmək çox mühümdür.

Mühüm qərarları təkbaşına qəbul etmək istəsəniz də, təcrübəli insanların məsləhətlərinə qulaq asın. Həmin məsləhətlər niyyətlərinizə və planlarınıza tam uyğun olmasa da, dinləyin.

Şəxsi həyatınızda nəyisə köklü şəkildə dəyişməyə çalışmayın. Hər şeyi yerli-yataqlı düşünmək üçün bir qədər fasilə verin. Məqsəd və prioritetlərdə dəyişikliklər ola bilər. Yeni əyləncə və maraqların yaranması istisna deyil.

Əqrəb - Bu gün diqqət mərkəzində olmağa çalışın. Nə qədər çox diqqət cəlb etsəniz, bir o qədər yaxşıdır. Kiminsə uğurlarınıza paxıllıq edərək həsəd aparması mümkündür.

Fəqət, qarşınıza qoyduğunuz işi görməkdə sizə yardım edəcək insanlar daha vacibdir. Qəfil addımınız, gözlənilməz qərarınız rəqiblərinizlə düşmənlərinizi zəiflədə bilər.

Başqa şəhərdə yaşayan uzaq qohum və ya tanışdan xəbər ala bilərsiniz. Səfərə və ya səyahətə çıxmaq qərarına gələ bilərsiniz. Təhtəlşüura inanın.

Oxatan - Gün maraqlı məşğuliyyət, həlli maraqlı işə çevrilə biləcək məsələlərlə zəngin ola bilər. Qarşınıza qoyduğunuz məqsədə tez çatacaqsınız. Yeni tanışlarla asanlıqla dil tapacaqsınız. Köhnə dostlar və yaxın insanlarla mübahisə etməyin.

Münaqişələri həll etməyə can atın.

Qəfil təklif və dəvətlərin alınması istisna deyil. Hadisələrin baş verdiyi məcra xoşunuza gəlir. Yaxşılığa doğru dəyişikliklər başlana bilər.

Oğlaq - Eksperiment və qeyri-standart qərarlara hazır insanlarla ideyalarınızı bölüşsəniz, gün sizə yeni imkanlar vəd edir. Bu gün müttəfiq axtarışları ilə məşğul olun. Əfsuslar olsun ki, müttəfiq tapılana qədər ünvanınıza xoşagəlməz sözlər eşidə bilərsiniz. Deyilənləri ürəyinizə salmayın.

Nəticəsi sərfəli anlaşmalar olacaq uğurlu səfərlər və səyahətlər mümkündür. Gün iş axtarışları üçün də əlverişlidir. Kommersiya və ticarət ilə məşğul olanlar sərfəli anlaşmalara nail ola bilərlər.

Dolça - Aşkar və qaçılmaz sandığınız qərarların heç də hamısı doğru, vaxtında atılacaq addımlar deyil. Bunu əla anlayırsınız, amma ətrafınızdakı adamlar razı deyillər. Onların fikirlərini dəyişmək üçün xeyli vaxt sərf etməli olacaqsınız. Emosiyaların əsiri olsanız, rəqiblər sizi üstələyəcəklər.

Alış-veriş, gəzinti üçün yaxşı gündür. İnteryer və yaşayış yeri ilə bağlı yeni ideyalar sizi tapacaq. Günün ikinci yarısı hədiyyələr ala bilərsiniz.

Balıqlar - Kiçik problemlər və ətrafdakı insanlarla müəyyən anlaşılmazlıqlara rəğmən sakit olun, kefinizi pozmayın. Bədxahlar sizə ziyan vura bilməyəcəklərini anlasalar da, niyyətlərindən əl çəkmirlər. İş yerində vəziyyət pis olmayacaq. Yeni dostlar tapmağınız istisna olunmur.

Dostlar, yaxın insanlar, ailə üzvləri ilə səmimi ünsiyyət üçün əlverişli gündür. Ətrafdakı insanları anlamağa, onların istəklərini başa düşməyə çalışın. Şəxsi həyatınızla bağlı ciddi qərarlar qəbul edə bilərsiniz.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

31 Şərh:

  • Anonim
    Esra ibrahimli (Samaxi) · 13 Sentyabr 00:0181

    ESRA

    Cavab yaz
    • Anonim
      Əli proqnoz.№ · 13 Sentyabr 13:2000

      Təbriklər bacıı caan Hər zaman 1-cilikdə İnşallah.

      Cavab yaz
      • Anonim
        Esra ibrahimli (Samaxi) · 13 Sentyabr 16:5800

        Cox saq ol canim qardasim cox saq ol.

        Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 13 Sentyabr 00:0271

    Sabahiniz uqurla acilsin eziz serhciler. Qismet olar goruserik.

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 13 Sentyabr 00:0472

    Seir-Bir vaxt bu gunler ucun darixacaqsan,Insan tebieti beledi Dostum! Urek ayriliqa qatlanar, dözer,Goruşsə dostcasina,inamla əyər....

    Cavab yaz
  • Anonim
    $$$Yeraz · 13 Sentyabr 10:2420

    Esram gozelim tebrikler. Hemiwe ireli.

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli (Samaxi) · 13 Sentyabr 11:0140

      Cox saq ol canimmm.

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Sentyabr 13:1300

    BÜRCLƏR HAQQINDA---✹✹-281-✹✹ci BÖLÜM--Bürclərin qəribə adətlərİ

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Sentyabr 13:1411

    BÜRCLƏR HAQQİNDA--281-c9 HİSSƏ---Bürclərin şansları və uğurları Çaşdım

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Sentyabr 13:1500

    Ən yaxşı həyat yoldaşı: BUĞA ve XƏRCƏNG...Ən çox axtarılan bürc: QOÇ ve ŞİR....Ən çılğın və "şorgöz” bürc: TƏRƏZİ ve OXATAN

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Sentyabr 13:1600

    Ən anlayışlı bürc: OĞLAQ.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Sentyabr 13:1600

    Ən aktiv bürc: BUĞA

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Sentyabr 13:1600

    Ən duyğusal bürclər: XƏRÇƏNG və BALİQ

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Sentyabr 13:1600

    Ən şanslı bürc: ƏKİZLƏR.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Sentyabr 13:1700

    Ən çox özündən razı olan bürc: BALİQ

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Sentyabr 13:1700

    Ən diqqətli bürc: DOLÇA ve BUĞA

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Sentyabr 13:1700

    Ən fəal və şən bürc: OXATAN

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Sentyabr 13:1700

    Ən tez inciyən bürc: BALİQ ve XƏRÇƏNG

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Sentyabr 13:1800

    Ən qısqanc bürc: ƏQRƏB və XƏRÇƏNG

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Sentyabr 13:1810

    Ən sirli bürc: QİZ və TƏRƏZİ

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Sentyabr 13:1810

    Ən sadə bürc: DOLÇA

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Sentyabr 13:1910

    Ən yaxşı musiqiçi: QİZ və TƏRƏZİ..

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Sentyabr 13:1900

    Ən dəyərli bürc: OĞLAQ və QOÇ

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Sentyabr 13:1900

    Ən etibarlı bürc: OĞLAQ və XƏRÇƏNG.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Sentyabr 13:1900

    Ən ağıllı bürc: ƏKİZLƏR

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 13 Sentyabr 13:1900

    Ən cəsarətli bürc: QOÇ və ŞİR

    Cavab yaz
  • Anonim
    F.M. · 13 Sentyabr 15:2000

    Salam mene kömek edin zehmet olmasa.2 ilden artiqdi burda şerhleri oxuyuram bir beye ureyim çox isinib.Medeni bir insandir 1 ogluda var.Amma ona nese yazmaga curet ede bilmirem.Men ne edim axi qalmisam çixilmaz veziyyetde

    Cavab yaz
    • Anonim
      F M e · 13 Sentyabr 16:5200

      Muşviq beyi deyirsiz?

      Cavab yaz
      • Anonim
        F.M. · 13 Sentyabr 17:1600

        Beli çox çekinirem ki salam vererem salamimi almaz.Işlediyi yerleride bilirem.Neçe defe burda yazdigi mövzu haqqinda fikir bildirmisem amma 2 defe nese yazmiyib.Köhne serhlerin oxuyuram hamisin bir bir xoşbext olmaga layiq insandir

        Cavab yaz
        • Anonim
          F M e · 13 Sentyabr 23:2800

          İnşallah sizde xoşbext olun o da yeqin buranı oxuyub fikrini bildirer

          Cavab yaz
          • Anonim
            F.M. · 13 Sentyabr 23:5700

            çox sağol Allah razi olsun sizden geceniy xeyre qalsin yene her gece olduğu kimi yene de gelmedi.

            Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.