Cəmiyyət

Badımcan haqqında maraqlı faktlar

5 Sentyabr 2017 07:11
2 Şərh     Baxış: 10 162
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Badımcan - badımcançiçəklilər fəsiləsindən olub, tərkibində karotin, A vitamini, B qrupu vitaminlər, C vitamini, şəkər 3,2% olmaqla yanaşı, xeyli miqdarda kalium, fosfor, kalsium və dəmir duzları da vardır.

Yetişib ötmüş badımcanın tərkibində solanin qlükozidi nisbətən çoxdur. Kal badımcanın tərkibində 0,8-3,7% nişasta olur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, badımcan ölçüsünə və formasına görə qruplaşdırılır. Xırdameyvəli armudaoxşar badımcanların uzunluğu 8-10 sm, diametri 5-7 sm, irimeyvəli armudaoxşar badımcanda isə uyğun olaraq 10-18 və 8-13 sm, silindrformalı orta və iri ölçülü badımcanların uzunluğu 10-25 sm, diametri isə 5-8 sm-dir.

Yetişməsinə görə, tezyetişən (120 günə), ortayetişən (120-140 günə) və gecyetişən (140 gündən çox) sortları olur. Açıq bənövşəyi və ya tünd bənövşəyi rəngdə olur. Ətli hissəsi zərif və toxum hissəsi daha cavan olanlar yüksək keyfiyyətli sayılır. Saxlanılacaq badımcan növlərini yetişməmiş dərirlər. Həddindən artıq yetişmiş badımcanın lifləri kobudlaşdığından dadı pisləşir.

Badımcanın keyfiyyətinə aşağıdakı tələblər verilir. Meyvəsi tam yetişməmiş, təmiz, təzə, sağlam, forması və rəngi botaniki sortuna müvafiq, forması eybəcər və qabığı isə kobud olmamalıdır. Ətli hissəsi elastik, toxum kamerası boşluqsuz və natamam yetişmiş ağ toxumları olmalıdır. Meyvəsinin uzunluğu 10 sm-dən, diametri isə 5 sm-dən az olmamalıdır.

Badımcanın xeyirləri

Bitki həkimliyində deyilir ki, badımcan ateroskleroz xəstəliyinə qarşı ən yaxşı vasitədir. Sinirləri yatırır və təzyiqi salır. Ürək döyüntülərini aradan qaldırır. Bağırsaqları yumşaldır və sidik qovucudur. Qandakı xolesterol səviyyəsini salır. Qansızlığı aradan qaldırır. Qaraciyərin işini nizamlayır. Böyrək ağrılarını və yanmasını azaldır. Kilo verməyə köməkçi olur. Badımcan sıyıq halına gətirilib yanıqlara qoyulsa, faydası olar.

Qeyd edmək lazımdır ki, badımcaçiçəklilər fəsiləsinə mənsub olan badımcan bitkisinin meyvəsindən başqa hər yeri zəhərlidir. Amma tam yetişdikdə meyvəsi də büzüşərək zəhərə çevrilir. Bu səbəbdən alarkən badımcanı elastik və açıq çəhrayı rəngdə almağınız mütəxəssislər tərəfindən məsləhət görülür. Bundan əlavə, badımcanı bişirməmişdən qabaq duzda saxlamaq məsləhət görülür. Çünki duz onun azda olsa acılığını yəni zəhərini canından xaric edir. Əks halda bişirildikdə badımcan acı olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.