Ali-İmran surəsində adı çəkilən İmran kimdir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Quranda buyurulur: "Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər üzərində seçilmiş (üstün) etdi. Onlar biri digərindən törəmiş bir nəsil idilər. Allah eşidəndir, biləndir!" (Ali-İmran, 33-34). Bu ayələrdə adı çəkilən İmranın kim olması barədə əsasən iki nəzəriyyə mövcuddur. Bəzi alimlərin fikrincə, İmran Həzrət Yəqub Peyğəmbərin (ə) nəvəsinin nəvəsidir, Həzrət Musa və Harun Peyğəmbərlərin (ə) atasıdır (İmran ibn Yəshər ibn Qahis ibn Laviy ibn Yəqub). Dini mətnlərdə, eləcə də, klassik ədəbiyyatda Həzrət Musa Peyğəmbər (ə) "Musa ibn İmran" adlandırılır. Həmçinin, yuxarıdakı ayədə ülul-əzm peyğəmbərlər Adəm, Nuh və İbrahimdən (ə) sonra sıra ilə Həzrət Musa Peyğəmbər (ə) gəlməlidir deyə, bu fikri müdafiə edənlər çoxdur.
Milli.Az islam.az-a istinadən bildirir ki, digər tərəfdən, bundan sonrakı ayədə "İmranın zövcəsi" ifadəsi işlədilir ki, bu da Həzrət Məryəmin anasına işarədir. Ona görə bəzi alimlərin fikrincə, ayədəki İmran - Həzrət Süleyman Peyğəmbərin (ə) nəslindəndir və bakirə Məryəmin atasıdır (İmran ibn Həşm ibn Əmun). Qurani-kərimin 3-cü surəsi "Ali-İmran" adlanır ki, bu da İmranın nəsli, İmranın ailəsi mənasını verir. Beləliklə, birinci nəzəriyyəyə görə Ali-İmran Həzrət Musa və Harundan (ə), onların nəslindən, ikinci nəzəriyyəyə görə Həzrət Məryəmdən və onun oğlu Həzrət İsa Peyğəmbərdən (ə) ibarətdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sabahdan bu zolaqlara girənlər cərimə olunacaq
-
Şuşada "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının möhtəşəm açılışı keçirilib
-
Ölkədə maaşlarla bağlı MÜHÜM XƏBƏR
-
Fövqəladə hallar statistikası açıqlandı: Partlayışlar artır, yanğınlar azalır
-
"E-Kredit" BOKT-un lisenziyası ləğv EDİLDİ
-
Sevda anidən yerə sərildi - Ayağı QIRILDI - FOTOlar
-
Kiyevdə matəm elan edildi
-
Saxta “cərimə ödənişi” saytları ilə bağlı XƏBƏRDARLIQ
-
Şahbaz Şərif Azərbaycanın ədliyyə naziri ilə görüşdü
-
Sulu salfetkalar niyə günün altında qalsa belə QURUMUR?
-
WUF13 Festivalı başa çatdı
-
Əməkdar artist: "Hər oradan keçəndə AĞLAYIRAM..."
-
Hava kəskin DƏYİŞİR: Yağış qara keçəcək - XƏBƏRDARLIQ
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Baxış Babayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
-
Asif Məmmədova görə klub 10 min manat CƏRİMƏLƏNDİ
-
“Telefonumdakı görüntülər ortaya çıxsa, şou-biznes bir-birinə dəyər, aləm QARIŞAR”
-
Maaşlarla bağlı ŞAD XƏBƏR: Əlavələr EDİLƏCƏK - QƏRAR
-
Arvadı Devid Bekhemə toyuqlar hədiyyə etdi - VİDEO
-
Bu yolda yeni işıqforlar quraşdırıldı
-
Gəncə sakinləri indi “Yango” tətbiqində ictimai nəqliyyat marşrutlarını planlaşdıra bilərlər
-
AFFA "Zirə"ni cərimələdi
-
Paytaxtın mərkəzində baş verən dəhşətli qəzanın VİDEOsu
-
Qazaxıstanda Ərdoğana dövlət ordeni verildi





