Cəmiyyət

Peyğəmbərimizin mübarək tükünü İmam Rza belə tanıtdırdı

6 Avqust 2017 17:40
8 Şərh     Baxış: 1 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ənsarın nəvələrindən olan bir kişi İmam Rzanın (ə) yanına gəlir və gümüş bir qutunu İmama (ə) verir. O, deyir: "Ağacan! Sizin üçün elə hədiyyə gətirmişəm ki, onun kimisini heç kəs gətirməmişdir".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, sonra qutunu açır və içərisindən bir dəstə tük çıxardır və deyir: "Bu yeddi dənə tük Peyğəmbərindir (s) ki, əcdadlarımdan mənə çatmışdır".
İmam (ə) mübarək əlini qutuya salır və yeddi dənə tükdən dördünü ayırır və buyurur: "Ancaq bu dörd dənə tük Peyğəmbərin (s) tüküdür". (Tebyan)
Kişi İmama (ə) təəccüblə baxır, ancaq bir şey söyləmir. İmam (ə) kişinin narahat olduğunu görüb qalan üç tükü atəşə tutur və onların üçü də yanır. O zaman ki, Peyğəmbərin (s) dörd tükünü atəşə tutur, nur saçmağa başlayır və nuru ərəbin üzünü işıqlandırır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.