Cəmiyyət

“Bir pəncərə”nin tətbiqindən sonra Miqrasiya Xidmətinə 60 mindən artıq müraciət olub

19 Mart 2010 12:38
Baxış: 284
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Trend News-un məlumatına görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 3-cü ildönümü münasibətilə keçirilən tədbirdəki çıxışında qurumun rəhbəri Arzu Rəhimov məlumat verib. Onun sözlərinə görə, yeni prinspin tətbiqi müraciətlərin sayını artırıb və ciddi nəzarət mexanizmi yaradılıb.
 
A.Rəhimov qeyd edib ki, 2009-cu il iyulun 1-dən "bir pəncərə" prinsipinin işə düşməsi ilə respublikada miqrasiya idarəetmə mexanizmi təkmilləşdirilib, Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələr verilib, onların yaşayış yeri üzrə qeydiyyata alınması proseduru sadələşdirilib, nəticədə bu sahədə şəffaflığın tam təmin edilməsinə nail olunub.

DMX rəhbərinin sözlərinə görə, "bir pəncərə" prinsipi tətbiq edildiyi gündən Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər şəxsiyyətlərini təsdiq edən etibarlı sənədlər və Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvafiq vəsiqələr əsasında ölkədən gedir və ölkəyə qayıda bilirlər.

Xidmətin rəhbəri bildirib ki, rəhbərlik etdiyi qurum əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti və daimi yaşamaq, həmçinin ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazələrin verilməsi, müvəqqəti və daimi yaşamaq üçün icazə almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması, Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin uzadılması, vahid miqrasiya məlumat sistemi vasitəsilə Azərbaycanda yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması və digər aktual məsələləri təmin etməkdədir.

Qeyd edək ki, "Dövlət Miqrasiya Siyasəti Konsepsiyası"nın (2004) gerçəkləşdirilməsi və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün "Azərbaycan Respublikasının 2006-2008-ci illər üçün Dövlət Miqrasiya Proqramı" (2006) təsdiq edilib.

/Trend News/

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.