Cəmiyyət

Günün qoroskopu: uğur xırda məsələlərin həllindədir

18 İyul 2017 00:01
28 Şərh     Baxış: 7 222

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Məhsuldar gündür. Müəyyən işlər düşərlidir. Bəxt üzünüzə güləcək. Danışıqlarda rahat ünsiyyət formatını seçin. Hadisələri dəyərləndirəndə analitik təhlilə əl atın.

Yeni tanış olduğunuz insanı işinizə və ya layihənizə cəlb etmək üçün diplomat olun.

Günün ikinci yarısında hadisələrin axarına süni təsir etməyin. Yaşam sizi nədənsə imtina etməyə, daha maraqlı təsir bağışlayan işlərlə məşğul olmağa vadar edəcək. Həmkarlarla münasibətlərdə diqqətli olun.

Az danışıb çox iş görün. Kollektivdə sizə ağır iş həvalə ediləcək. Bu missiyanın öhdəsindən gəlmək üçün bütün vasitələrdən yararlanın. Sonuclar sizinçün yetərincə önəmli ola bilər.

Buğa - Qəfil hadisələr baş verə bilər. Ətrafınızdakı proseslərə diqqətlə baxın. Nişanələr və siqnalları görün. Maraqlandığınız insanlarla əlaqədə olun.

Əməkdaşlıqla birgə fəaliyyətin yeni formalarının təməlinin qoyulduğu gündür. Fərqli təmayülü dəstəkləməzdən əvvəl üzərinizə düşən yüklə qarşılaşa biləcəyiniz riskləri qiymətləndirin.

Günün ikinci yarısında dəyişikliklərlə yeniliklərin destruktiv və ya konstruktiv olduğunu situasiya, alınan xəbərlər, təkliflər, habelə yaranan problemlər göstərəcək.

Ehtiyatlı olun. Ən xırda, mənasız saydığınız təfərrüata da fikir verin.

Axşam saatlarında normal istirahət edin.

Əkizlər - Yaxın gələcəklə bağlı planlaşdırdığınız işlərə indi başlamaq olar. Perspektiv üçün çalışın. Görüş, ünsiyyət, yazışma və müzakirələr üçün uğurlu zamandır.

Təmasları saf-çürük edin, münasibətləri tənzimləyin. Xidmət və informasiya mübadiləsini unutmayın. Mövqeyinizi kiməsə anlatmaq istəyirsinizsə, təzyiq yolunu seçməyin. Təzyiq göstərməyin.

Diqqətinizə ehtiyacı olan insanlarla, xüsusilə də ailə üzvləri ilə aktiv təmasda olun. Səhhətinizə fikir verin. Həddən ziyadə çalışaraq özünüzü yormayın.

Enerjiniz və emosiyalarınız çoxdur. Bu səbəbdən də ünsiyyət çevrənizi axşam saatlarında yanlış seçməyin.

Xərçəng - Təmkinli və səbrli davranış bir sıra ağır situasiyalardan çıxış yolunu tapmağa təkan verəcək. Anlaşma, razılaşma və kompromislərə üstünlük verin.

Alış-verişdə bədxərclik etməyin.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar sizinlə birgə fəaliyyətə hazırdır. Bunu unutmayın. Mühüm görüş və ya yazışmada hərdəmxəyallıq etməyin.

Çoxdan tanıdığınız insanlarla işbirliyinə üstünlük verin.

Münaqişəli vəziyyətlərdə nümayişkaranə şəkildə müqaviməti seçməyin. Aldığınız informasiyanı təhlil edin.

Şir - Ünsiyyət, danışıqlar, təhsil və səfər üçün münasib zamandır. Can atdığınız məqsədə çatmaq üçün var gücünüzlə çalışın. Yenidənqurmanı kosmetik prosedurla əvəzləməyin.

Yaxın ətrafınızdakı proseslər aktivləşib. Buna diqqət yetirin.

Günün ikinci yarısında kiminləsə vidalaşmağınız istisna deyil. Məqsədlər və niyyətlər dəyişə bilər. Narazılıq, eqoizm artır. Problemləri həll etmək üçün əməkdaşlığın yeni sxemlərini reallaşdırın.

Axşam saatlarında əylənmək üçün yaranmış imkanlardan istifadə edin. Çətinlikləri dəf etmək olar - təlaşa qapılmayın.
 

Qız - Cari məsələlərin həlli ilə məşğul olun. Situasiya uğurludur. Şərtlərdən yararlanın, durumu dəqiq qiymətləndirin. Yaşamınızdakı problemlərin bəzilərini həll etmək olar. Sürətlə irəliləmək üçün qüvvə toplayın.

Günün ikinci yarısında tərəfdaşlıq münasibətlərində və ya əməkdaşlıq əlaqələrində sərinləşmə yarana bilər. Xoşagəlməz hisslərin güclənməsinə dəstək olmayın. Davranışınıza nəzər salın. Münasibətlərin çalarlarına fikir verin, yeni nüansları görün.

Axşam saatlarında istədiyiniz kimi istirahət edin.

Tərəzi - Səhər saatlarındakı qeyri-müəyyənlik nigaranlıq və təşviş hissləri yarada bilər. Ailə üzvlərinin rifahının qayğısına qalın, evdəki problemləri həll edin. Yaşam arealında qayda yaradın. Fəaliyyət sahənizi nizamlayın.

Ehtiyat və imkanlarınızı yenidən dəyərləndirin.

Günün ikinci yarısında hədəflərlə məqsədləri təftişə uğratmaq olar. Ünsiyyət çevrəsini elə seçin ki, münaqişə riski minimuma ensin. Sizə qarşı iradlarla çıxış edən insanların dediklərinə qulaq asmayın.

Axşam saatlarına yaxın alış-verişə yollanmaq olar. Tanımadığınız məkanda, yaxud insanların gur olduğu yerdə istirahət etməyin.

Əqrəb - Hadisələrin mahiyyətini anlamağa çalışın. Pozitiv, sakit zamandır. Maliyyə maraqlarınızın təminatı ilə məşğul olun. Əməkdaşlığı genişləndirin. Hadisələrə təsir imkanlarına malik nüfuzlu şəxs sizə yardım edəcək.

Günün ikinci yarısında özünüzə həddən ziyadə güvənməyin. Sağlam məntiq çərçivəsində hərəkət edin. Durumun çətinliyini instiktiv olaraq anlayın.

İndiyədək sizinlə normal davranan insanın qəflətən tərsliyi tuta bilər.

Gərgin və qarışıq vəziyyətə rəğmən təmkinli, səbrli və soyuqqanlı davranın. Çalışdığınız insanların vəziyyətini instinktiv olaraq hiss edin. Borc hissi ilə bağlı yalanlara aldanmayın.

Oxatan - Kollektiv fəaliyyətə üstünlük verin. Həmkarlarla münasibətlərdə yeni ideyalar yarana bilər. Sizi narahat edən suallardan birinə cavab taparaq çətin situasiyadan çıxış yolunu müəyyənləşdirəcəksiniz. Ətrafınızdakı insanlar əməkdaşlığa hazırdırlar.

"Təsadüfi olmayan təsadüf" adlandırıla biləcək olay yaşanacaq.

Günün ikinci yarısında yaşam sizi seçim qarşısında qoyursa, praqmat olun. Sizə təzyiq etmək istəyənlərin qarşısını alın. Başqalarının işini görməyin.

Vəziyyətə nəzarət edin. Spontan hadisələrdən yararlanmağa çalışın. Xırda məsələlərə görə emosiyalarınız vulkan təki partlamasın. Hisslərinizə nəzarət edin. Söhbət əsnasında tələsməyin. Qarşı tərəfin fikirlərinin izharına imkan yaradın.

Oğlaq - Yaxın gələcəklə bağlı perspektivləri müəyyənləşdirin. Karyeranızla məşğul olun. Danışıqlar aparın, tərəfdaşlığı intensivləşdirin. Köhnə tərəfdaş və ya şəriklərdən biri ilə yeni istiqamətdə birgə fəaliyyətə başlamaq olar.

Günün ikinci yarısında bütün təmaslarda birbaşa təsir yolverilməzdir. Səbrli və təmkinli davransanız, səbəbsiz problemlər yaranmayacaq, yaxın ətrafınızdakı və kollektivdəki insanlarla ünsiyyəti yaxşılaşdıracaqsınız.

Cari işlərlə məşğul olun. Nigaranlıq üçün yeni obyekt aramayın. Mənasız əlaqələr və gərəksiz əşyalardan qurtulun.

Dolça - Maraqlı gündür. Şanslardan faydalanın. Eyni vaxtda bir neçə işi yerinə yetirməyə çalışsanız, məqsədlərə çatmaya bilərsiniz. Praqmat olun, praktiki məsələlərə üstünlük verin. Uğur xırda məsələlərin həllindədir.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlara qarşı irad və tənqidlərin sayının artması münasibətləri korlaya bilər. Sürprizlərin, qəfil olayların yaşanma ehtimalı artır. Əməkdaşlıq etdiyiniz insanla təmasları tarazlayın.

Axşam saatları səfər, uzaq dostlarla təmaslar üçün əlverişlidir. Tərəfdaşlıq formatını genişləndirin. Alış-veriş üçün pis zaman deyil.

Balıqlar - Günün ilk yarısından aktiv çalışmağınız tələb olunur. Diqqət mərkəzində olmaqdan çəkinməyin. Münasibətlərdə və əlaqələrdə sürprizlər də yarana bilər.

Daha yaşlı və təcrübəli insandan üstün olmaq üçün qeyri-adekvat addımlar atmayın. Yaşıdlarınız, həmkarlarınız və dostlarınızla təmaslarda yeni ideyalar yarana bilər. Yaxşı bələd olmadığınız məsələlərin müzakirəsinə qatılmayın.

Günün ikinci yarısında bəzi məsələlərdə qapalı gərginlik hiss olunacaq. Münasib şəraiti, əlverişli çevrəni seçin.

Yaradıcılıq üçün pis zaman deyil. Sayıq olun. Yeni tanışlara etibar etməyin. Tanıdığınız insanlarla əməkdaşlığa üstünlük verin.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

28 Şərh:

  • Anonim
    Əli proqnoz.№ · 18 İyul 00:0138

    ❥ ❥ ❥Yeni Gününüz Bol Uğurla Olsun İNŞALLAH

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli (Samaxi) · 18 İyul 09:2010

      Tebrik edirem her zaman 1-ci olaq sen de men de.

      Cavab yaz
    • Anonim
      Quick · 18 İyul 10:2500

      Eli aman ver qoy bizde 1 ci olaq

      Cavab yaz
      • Anonim
        ❤ Nara ❤ · 18 İyul 19:4602

        Quick yoox nə danışırsan aman verməz bizə. Hər gün birinci olur amma göz doymur.

        Cavab yaz
  • Anonim
    oxucu · 18 İyul 00:0100

    Hamıya salamlar!

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli (Samaxi) · 18 İyul 09:2100

      Size de salam, sabahiniz xeyir olsun.

      Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 18 İyul 00:0121

    ESRA

    Cavab yaz
  • Anonim
    10-RR-123 · 18 İyul 00:0120

    İnsanları kitap gibi düşünün. Kapaklarına bakıp aldanmayın, içini okuyunca anlarsınız asıl değerini

    Cavab yaz
  • Anonim
    ❤ Nara ❤ · 18 İyul 00:0133

    N

    Cavab yaz
    • Anonim
      Quick · 18 İyul 10:2501

      Kas Nara baci birinci olardi Bezmisik de Elinin serhlerinden

      Cavab yaz
      • Anonim
        ❤ Nara ❤ · 18 İyul 19:4700

        Can çox sağ ol canım. Allah razı olsun səndən. Elə məndə bezmişəm bunun birinci olmağına.

        Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 18 İyul 00:0120

    Sabahim uqurla acilsin Qismet olar goruserik,

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 İyul 00:0200

    BÜRCLƏR HAQQINDA--✭.✭.✭~223~✭.✭.✭-cü BÖLÜM-Gününü QOROSKOPu 18.07.2017

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 İyul 00:0300

    ♈ -QOÇ-♈adi işlərlə vaxtınızı öldürməyin, tapdanmamış cığırlarla getməyə çalışın.

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli (Samaxi) · 18 İyul 09:2120

      Calisaram bas uste.

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 İyul 00:0400

    ♉-BUĞA-♉ bu gün sizin üçün çətin və yorucu olacaq. İşləriniz çoxdur, birini atıb o birini görməli olursunuz. Diqqətinizi cəmləmək çətindir.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 İyul 00:0600

    ♊-ƏKİZLƏR-♊şoppinqdən əhvalınızı qaldırmaq vasitəsi kimi istifadə etməyin. Təmaslarınızı məhdudlaşdırın, kim xoşunuza gəlirsə, yalnız onunla ünsiyyət saxlayın.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 İyul 00:0700

    ♋-XƏRÇƏNG-♋gün işgüzar görüşlər üçün əladır. Siz ən qaraqabaq, şıltaq və niyyətləri bəlli olmayan biriylə də razılaşma əldə edə bilərsiniz.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 İyul 00:0800

    ♌-ŞİR-♌günün ikinci yarısı gözlənilməz xəbər ala bilərsiniz. Xoş sürprizlər, hədiyyələr almağınız da mümkündür.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 İyul 00:0900

    ♍-QIZ-♍gücünüz və enerjiniz çoxdur, istənilən işdə uğur qazana, ən mürəkkəb məsələlərin həllini tapa bilərsiniz.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 İyul 00:1100

    ♎-TƏRƏZİ-♎həftə gözəl bir günlə başlayır. Şəxsi həyatınızı qura, işdə əla nəticələrə nail ola, dünyagörüşünüzü genişləndirə və özünüz üçün yeni imkanlar yarada bilərsiniz.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 İyul 00:1200

    ♏-ƏQRƏB-♏bu günün problemləri ilə çarpışmaq sizə çətin olacaq. Birincisi, onlar çoxdur, ikincisi isə hər yerdədir. Amma Əqrəbləri belə çətinliklər qorxutmur

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 İyul 00:1300

    ♐-OXATAN-♐müəyyən çətinliklərə baxmayaraq, gün ümumilikdə pis keçməyəcək.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 İyul 00:1400

    ♑-OĞLAQ-♑alış-verişə çıxa bilərsiniz: seçiminiz çox uğurlu olacaq, aldığınız əşyalar uzun müddət sizi sevindirəcək.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 İyul 00:1500

    ♒-DOLÇ A-♒bu günə planlaşdırdığınız işləri, çətin ki, çatdırıb görəsiniz. Bu, həm şəxsi həyatınıza, həm də işinizə aiddir.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 18 İyul 00:1800

    ♓-BALIQ-♓bu gün bəxtiniz gətirmir. Amma bu elə də bəd xəbər deyil - çünki bazar ertəsi həftənin yeganə pis günü olacaq.

    Cavab yaz
  • Anonim
    Oxuyana · 18 İyul 01:1200

    Oxuyan, lazim olsa sene,senin babalarinin dilinde muraciet ederem. Amma sonra basqa cur basa duserler. Ele bilerler ki, men Kserksde SIZLERDENEM.

    Cavab yaz
  • Anonim
    Aze · 18 İyul 17:4600

    Hələdə öz sevgimi axtarıram tapa bilmirem o qaçır mən qaçıram ama tuta bilmirem

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.