Qubanın ən gəzməli 6 yeri - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Quba Bakıdan 168 km məsafədə, Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir.
Milli.Az sey-yah.com-a istinadla xəbər verir ki, Uğurlu yerləşmə mövqeyinə və zəngin təbiətinə görə, Quba turistlərin ən sevimli yerlərindən biridir.
Quba qədimdən bəri simvoluna çevrilən almaları ilə tanınır. Bundan başqa, Quba tanınmış xalçaçılıq mərkəzidir. Rayonun ətrafında çoxlu memarlıq abidəsi var. Bir vaxtlar bura tanınmış fransız yazıçısı Aleksandr Düma, yazıçı Bestujev-Marlinski, tanınmış Norveç alim-səyyahı Tur Xeyerdal səfər ediblər. Quba bu gün də dünyanın hər yerindən gələn qonaqlara qapılarını qonaqpərvərliklə açır.
Qubanın ən gəzməli 6 yerini təqdim edirik:
Xınalıq kəndi
Xınalıq dünyanın ən yüksək yaşayış məntəqələrindən biridir (dəniz səviyyəsindən 2350 metr yüksəklikdə - red.). 5000 illik tarixə malikdir. Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə olan Xınalıq kəndi, Quba şəhərindən 57 km cənub-qərbdə yerləşir. Kəndin ətrafında çoxlu bulaqlar və mağaralar var. Kənddən 14 km məsafədə isə Şah yaylağı yerləşir. Xınalıq həm də uzunömürlülər məskənidir.
Afurca şəlaləsi
Vəlvələ çayının Yan silsiləsini kəsib keçdiyi yerdə əmələ gətirdiyi kanyonvari dərənin yamacında eyniadlı çayın üzərindədir. Rayon mərkəzindən 42 km məsafədə yerləşir. Afurca sözünün mənası "Abifirucəstə", yəni "Yuxarıdan tökülən su" deməkdir. Hündürlüyü 60 metrdir. Azərbaycan Respublikasının geoloji təbiət abidəsi kimi qeydə alınıb və dövlət tərəfindən mühafizə olunur.
Təbii Minarə
Qrızdəhnə yolunun başlanğıcında, Qudyalçayın daş qayanı dəlib keçməsi nəticəsində yaranan bu təbii abidənin uzunluğu 30-35, eni 4-5, hündürlüyü isə 3-4 metrə çatır. Onun tektonik proseslər və çayın eroziyası nəticəsində IV əsrdə əmələ gəldiyi güman olunur. Minarə həm də 10-15 metr yüksəklikdə təbii körpü rolunu oynayır.
Çənlibel gölü
Quba rayonunun 2-ci Nügədi kəndi ətrafında, rayon mərkəzindən təxminən 14 km məsafədə yerləşir və görənlərə "Göygölü" xatırladır.
Qəçrəş
Quba rayonunun ən böyük kəndlərindən biridir. Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Kənddə çoxlu istirahət mərkəzləri fəaliyyət göstərir. Ərazisi hər tərəfdən meşə ilə örtülüb. Çoxlu təbii bulaqları var. Bitki aləminə gəldikdə isə zəngin olduğunu demək olar. Meşədə yabanı halda qoz, fındıq, zoğal, yemişan, itburnu, alma, armud, əzgil ağacları var. Həmçinin müalicəvi əhəmiyyəti olan otlara da sıx-sıx rast gəlinir. Heyvanat aləminə gəldikdə isə burada ceyran, canavar, ayı, çöl donuzu, tülkü və s. heyvanlar yaşayır. Kəndə xüsusi gözəllik verən Qudyalçayda isə balıq tutmaq mümkündür.
Təngəaltı
Rayon mərkəzindən 33 km məsafədə yerləşir. Kəndin adının mənası "Dağ arası yer"deməkdir. Böyük Qafqaz dağlarının şimal yamacında iki dağ arasından Vəlvələçay keçir. 2 dağ arasından keçən yol, sıldırım qayalar, yaşıllıqlar içindən axan çay, meşə bu kəndin mənzərəsini füsunkar edir. Sıldırım qayalıqda "Qaçaq Mayıl"ın mağarası diqqət çəksə də, oraya çıxmaq sadəcə peşəkar dağçıların işidir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Xarici İşlər Nazirliyi üzrə diplomatik xidmət imtahanının birinci mərhələsi keçirildi
-
Günəşdə güclü enerji partlayışı baş verib
-
Dübəndidə dəniz sahilinin neftlə çirklənməsinin səbəbi açıqlanıb
-
Abşeron çimərliklərində sabahkı hava açıqlandı
-
Bu gün ilin ən uzun gündüzü və ən qısa gecəsidir
-
Bakının bir sıra rayonlarında su verilişində 2–3 saatlıq fasilələr olacaq
XƏBƏR LENTİ
-
Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur
-
Zolaqlı geyimləri kombinləməyin 4 yolu
-
İngilis çay saati klassiki: Scone resepti
-
Bakıda yağışdan sonra yaranan gölməçə probleminə çarə - (Video)
-
Ən yaxşı yemişi seçməyin yolları - Sadəcə qoxulamaq kifayət deyil
-
Üstündən avtobus keçən qadının nəvəsi baş verənləri danışdı - (Video)
-
Bakıda sürücü motosikletçini vuraraq qaçdı (Video)
-
"Al Hadath": İran ABŞ ilə danışıqları vasitəçilərlə davam etdirir
-
Günün qoroskopu: Romantik münasibətlərdə xoş sürprizlər ola bilər
-
Messi yenidən "Barselona" forması geyinəcək
-
Osimhen üçün 150 milyonluq tələb: "Manchester United" hərəkətə keçdi
-
Hüseyn Məhəmmədoğlu:“Get dişini düzəlt, pulun yoxdur?”
-
Azərbaycan boksçuları 12 medal qazanıb (Foto)
-
Yasamalda yaşayış kompleksində mənzil yanıb - (Video)
-
“Goal” tarixin ən yaxşılarını seçdi
-
Bakıətrafı qəsəbələrdə qiymət 15% qalxacaq - (Video)
-
"Al Mayadeen": Tramp üzr istəməyənə qədər İran danışıqlara davam etməyəcək
-
Anomal istilərə görə Fransada 845 məktəb bağlanacaq
-
Yamal Messini keçdi
-
Moskvada binada güclü yanğın - 60 nəfər təxliyə edilib
-
DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını darmadağın edib
-
Yup-yumşaq, tək-tək pizza resepti
-
Xəyalənin 14 yaşlı qızı - (Foto)
-
ABŞ-də təyyarə qəzası - ölənlər var





