Cəmiyyət

Qara tut ləkəsini necə çıxartmaq olar?

6 İyun 2017 22:45
9 Şərh     Baxış: 10 777
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qara tut mövsümünün gəlməsi ilə geyimlərdəki qara tut ləkəsini necə çıxartmaq olar sualı da tut həvəskarlarını maraqlandıran məsələdir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, qara tut ləkəsini çıxartmaq nə qədər çətin görünsə də, əslində zənn olunduğundan daha asandır. Xəbərimizdə qara tut ləkəsinin təmizlənməsi üsulu ilə tanış ola bilərsiniz.
 
Əllərinizdəki və ağzınızın ətrafındakı qara tut ləkələrini ovub suyunu çıxartdığınız qara tut ağacının yarpağı ilə silə bilərsiniz.
 
Geyimlərdəki ləkələr üçün isə qara tut yarpağını rəndədən keçirərək əzin. Daha sonra su ilə dolu bir ləyənə yarpağı qoyaraq qarışdırın və ləkəli paltarınızı suya salın. Bu formada bir gecə saxlayın. Ertəsi gün qara tut ləkəsi tamamilə çıxmış olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.