Cəmiyyət

Hər hansı heyvanı saxlamağın düşər-düşməzi var?

25 May 2017 22:15
1 Şərh     Baxış: 31 099
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hər hansı heyvanı saxlamağın düşər-düşməzi var" sözünün əsası varmı?

Xalq arasında yayılmış olan bu fikir xurafata əsaslanır və heç bir ciddi əsası yoxdur. İstənilən ev heyvanını saxlayıb-saxlamamaq insanın öz şəxsi işidir. Gözlənilməsi vacib olan meyar dini qanunlardır. Yəni o heyvanın evdə saxlanılmasına şəriət icazə verməlidir. Milli.Az islam.az-a istinadən bildirir ki, bir çoxlarının düşündüyü kimi, it, siçan, qunduz kimi heyvanlar ev heyvanı sayılmırlar və onların evdə saxlanılması dinimiz tərəfindən bəyənilmir. Onların yaş dərisi və ağız suyu murdar sayılır və dəydiyi hər yeri murdar edir. Pişiyin də evdə saxlanılması xoş qarşılanmır, çünki onun tükü yapışmış paltarda namaz qılmaq olmaz, həm də pişiyin tükü nəfəs yoluna düşəndə ağır xəstəlik yaradır. Ümumiyyətlə, ev heyvanlarının dərisində və tüklərinin arasında, ağzında təhlükəli mikroblar mövcuddur. Kiçik yaşlı uşaq olan evdə bu heyvanların saxlanılması xüsusilə təhlükəlidir. Lakin quş (məsələn, tutuquşu) və balıq saxlamağın maneçiliyi yoxdur. Əlbəttə, bunu nəzərə almalıyıq ki, quş və balıq saxlayarkən onlara əziyyət vermək, ac qoymaq, incitmək olmaz; bu, günahdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.