Cəmiyyət

Qəbr əzabını yüngülləşdirmək üçün nə etmək olar?

20 May 2017 08:55
4 Şərh     Baxış: 1 856
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dəfn gecəsi mələklərin sorğu-sualını və qəbr əzabını yüngülləşdirmək üçün mərhumun yaxınlarının vəhşət namazı adlı iki rükətli müstəhəb namaz qılmaları tövsiyə edilir. Həmçinin, adətə görə, dəfndən sonra qəbrin üzərinə su tökürlər. Suyu qəbrin baş tərəfindən tökərək ayaq tərəfinə gəlir və dövrə üzrə yenə baş tərəfinə qayıdırlar.

Milli.Az islam.az-a istinadən bildirir ki, suyun artıq qalanını isə qəbrin ortasına tökürlər. İmam Cəfər Sadiq (ə) buyurub ki, qəbrin torpağı nə qədər ki yaşdır, ölünün əzabı təxirə salınar. Buna görə dəfndən sonrakı 40 gün ərzində qəbrin üzərinə su tökmək müstəhəb sayılıb. Müstəhəbdir ki, su tökəndən sonra orada olanlar üzü qibləyə durub əllərini qəbrin üzərinə qoysunlar, barmaqlarını aralı tutub torpağa batırsınlar, yeddi dəfə Qədr surəsini oxuyub, mərhumun ruhuna rəhmət diləsinlər (bundan sonra da risalədə yazılan duanı oxuyurlar).

Dəfn gecəsi ölünün ruhuna rəhmət demək, dualar oxumaq, Quran tilavət edib savabını ona hədiyyə etmək, sədəqə vermək faydalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.