Cəmiyyət

Orta Doğu Texniki Universitetinin rəhbərliyi Azərbaycan Diplomatik Akademiyasında olub - FOTO

23 İyun 2011 18:38
Baxış: 295
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Orta Doğu Texniki Universitetinin rektoru Əhməd Açar və onu müşaiyət edən heyət Azərbaycan Diplomatik Akademiyasında (ADA) olublar.

Qonaqları salamlayan xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev qeyd edib ki, ADA qardaş Türkiyənin aparıcı təhsil ocaqlarından biri olan Orta Doğu Texniki Universiteti ilə əməkdaşlığını daha da dərinləşdirməkdə maraqlıdır. Səfir Hafiz Paşayev iki təhsil ocağının Azərbycan-Türkiyə münasibətləri üzrə birgə araşdırma apardığını, Orta Doğu Texniki Universiteti professorlarının ADA-da dərs dediyini xatırladıb. Eyni zamanda rektor Hafiz Paşayev elmi, professor-müəllim və tələbələr səviyyəsində mübadilənin daha da genişlənməsi, araşdırma mərkəzlərin ayrı-ayrı istiqamətlərdə birgə fəaliyyət göstərməsinin böyük fayda verə biləcəyini deyib.

Orta Doğu Texniki Universitetinin rektoru Əhməd Açar ADA-nın naliyyətlərindən məmnun qaldığını, təmsil etdiyi təhsil ocağının beynəlxalq münasibətlər, enerji və iqtisadi araşdırmaları, yaxın gələcəkdə isə dəqiq elimlər üzrə ADA ilə əməkdaşlığın böyük potensiala malik olduğunu dedi. Cənab Əhməd Açar 2012-ci ilin iyun ayında təhsil ocağlarının keçirəcəyi birgə konfransı da əməkdaşlığa mühbət tövhə verəcək hadisə kimi qiymətləndirib.  

Daha sonra qonaqlar ADA-nın inzibati binası ilə tanış olublar. Sahab isə onlar Akademiyanın "Dədə Qorqud" parkında inşa olunan yeni kampusuna səfər edəcəklər.

Qeyd edək ki, keçən il rektor Hafiz Paşayevin rəhbərliyi altında ADA-nın nümayəndə heyəti Orta Doğu Texniki Universitetinə səfər edib.

Milli.Az




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.