Cəmiyyət

Namazdan sonra məsciddə ziyarətnamə oxuyanda niyə müxtəlif tərəflərə dönürlər?

16 May 2017 07:22
3 Şərh     Baxış: 3 342
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Adətən, məsciddə namazdan sonra 3 qısa ziyarətnamə oxunur. Ziyarətnamələrin biri İmam Hüseynə (ə), o biri İmam Rzaya (ə), üçüncüsü də İmam Mehdiyə (ə) ünvanlanır.

Milli.Az islam.az-a istinadən bildirir ki, hər ziyarətnaməni oxuyarkən, sağ əli sinənin üstünə qoyub, həmin imama aid edilən istiqamətə sarı dönürlər. İslam.az-ın məlumatına əsasən, İmam Hüseynin (ə) ziyarətnaməsi oxunan zaman Kərbəla istiqamətinə (Azərbaycandan təqribən qiblə istiqamətinə yaxındır), İmam Rzanın (ə) ziyarətnaməsi oxunan zaman şərqə (Məşhəd istiqamətinə) dönürlər. İmam Mehdi (ə) Kəbə kənarında zühur edəcəyi üçün onun da ziyarətnaməsini oxuyanda qibləyə üz tuturlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.