“İmam Rzaya dedim ki, mənə elə bir dua öyrətsin...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İmamlarımızın (ə) hər biri elm xəzinəsidir və əgər onlardan öyrəndiklərimizə əməl etsək? dünya və axirətdə səadətə çatarıq.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Hüseyn ibni Abdullah nəql edir: "Atam İmam Rzaya (ə) məktub yazır ki, mətni belə idi: "Qurban olum! Yaşım artmışdır və gücsüz olmuşam. Gördüyüm bir çox işlərdən qalmışam. İstəyirəm ki, mənə elə bir söz öyrədəsiniz ki, onunla Allaha yaxınlaşam. Elm və dərkimi də artırasınız.
İmam (ə) cavabında yazır: "Sənə bir məktub göndərmişəm ki, onu oxu və zərrə-zərrə dərk et. Çünki onda əgər Allah şəfasına iradə edərsə, şəfa vardır və o kəsin ki, hidayətini Allah iradə edərsə, hidayət vardır. Ona görə də bu zikri çoxlu de:
بِسمِ اللَّهِ الرَّحمنِ الرَّحیمِ، لا حَولَ وَ لا قُوَّةَ إِلّا بِاللَّهِ العَلیِّ العَظیمِ.
("Bismilləhir-Rahmənir-Rahim, lə həvlə və lə quvvətə illə billəhil-aliyyil-azim").
İsmayil ibni Səhl nəql edir: "İmam Rzaya (ə) dedim ki, mənə elə bir dua öyrətsin ki, nə zaman onu oxusam, dünya və axirətdə onunla birlikdə olum.
İmam (ə) buyurur: "Qədr" surəsini çoxlu oxu və dodaqlarını istiğfar ilə təravətli saxla".
Hüseyn ibni Səyid nəql edir: "İmam Rzaya (ə) dedim ki, mənə bir dua öyrətsin.
İmam (ə) buyurdu: Bu cür de: اللَّهُمَّ إنِّی أسأَلُكَ بِوَجهِكَ الكَریمِ وَ اسمِكَ العَظیمِ وَ بِعِزَّتِكَ الَّتی لا تُرَامُ وَ بِقُدرَتِك الَّتی لا یَمتَنِعُ مِنها شیءٌ
Ondan sonra Allahdan nə istəyirsənsə, dilinə gətir".
İmam (ə) öz əl yazısı ilə mənə bir yazı verir ki, mətni belə idi: "De:
یا مَن عَلا فَقَهَرَ وَ بَطَنَ فَخَبَرَ یا مَن مَلَكَ فَقَدَرَ وَ یا مَن یُحیِی المَوتى وَ هوَ عَلى كُلِّ شَیءٍ قَدیرٌ صَلِّ عَلى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ
Ondan sonra Allahdan nə istəyirsənsə, de.
Sonra de: یا لا إِله إِلَّا اللَّهُ اِرحَمنِی بِحَقِّ لا إِله إِلَّا اللَّهُ اِرحَمنِی".
Musa ibni Ömər belə nəql edir ki, İmam Rzaya (ə) məktub yazdım və xahış etdim ki, Allaha dua etsin və iki kənizimdən olacaq uşaqlarım oğlan olsun.
İmam (ə) mənim üçün yazdı: "Allah Təalanın istəyi ilə dua edəcəyəm. Mehriban və bağışlayan olan Allahın adı ilə. Allah Öz rəhməti ilə bizi və səni dünya və axirətdə ən yaxşı salamatçılıqda saxlasın! Bütün işlər Allahın əlindədir. Allahın istəyi ilə sənin bir oğlun və bir qızın dünyaya gələcəkdir. Oğlanın adını Muhəmməd qoy, qızının adını Fatimə. İnşəallah mübarək olar!".
İmam (ə) buyurduğu kimi, mənim bir qızım və bir oğlum dünyaya gəldi".
Bəkir ibni Saleh nəql edir: "İmam Rzaya (ə) belə bir məktub yazdım: "Mən beş ildir ki, övlad sahibi olmaqdan çəkinirəm, çünki həyat yoldaşım razı deyildir. Deyir ki, malın azlığına görə onları böyütmək çətindir. Sizin nəzəriniz necədir?".
İmam (ə) cavabında yazdı: "Övlad istə, çünki Allah Təala onların ruzisini verəndir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xırdalanda biabırçı mənzərə ürək bulandırdı - FOTO
-
Şəkinin iki kəndində qaz kəsiləcək
-
Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama
-
Ölkəmizdə Ebola riski varmı? - Rəsmi açıqlama
-
“Daçnik”də istirahət edənlərə vacib XƏBƏRDARLIQ
-
Bakıda taksi parkları satışa çıxarılır - Taksiyə maraq niyə azalıb?
XƏBƏR LENTİ
-
ABŞ-İran gərginliyi fonunda Trampdan mühüm mesaj
-
Xırdalanda biabırçı mənzərə ürək bulandırdı - FOTO
-
İlham Əliyev Donald Tramp tərəfindən daha əvvəl təqdim edilmiş xatirə hədiyyəsini Kaleb Orra göstərib - VİDEO
-
Toralın transfer olunduğu "Bursaspor"un milyonlarla borcu var
-
"Kızılcık şerbeti"ndə yeni aktrisa - FOTO
-
Millimizin üzvünə Avropadan yüksək maaşlı təklif gəlib
-
Nəvəsi ilə FOTOlar paylaşdı
-
Şəkinin iki kəndində qaz kəsiləcək
-
37 yaşlı kişi bıçaqlandı - Qaynı saxlanıldı
-
Bakıda qayınata gəlinini öldürüb
-
"Enerji sahəsində əməkdaşlığa dair" Bakı Bəyannaməsi qəbul edilib
-
Röya bayramda onlarla bir araya gəldi - VİDEO
-
Marneuli Meriyası Nizami Gəncəvinin abidəsinə zərər vurulmasını sərt qınadı
-
Şumaxerin qardaşı həmcinsi ilə evləndi - Fotolar
-
Azərbaycanda sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama
-
Ölkəmizdə Ebola riski varmı? - Rəsmi açıqlama
-
Tanınmış müğənni konsertini yarımçıq qoyub səhnəni tərk etdi
-
“Daçnik”də istirahət edənlərə vacib XƏBƏRDARLIQ
-
Bakıda taksi parkları satışa çıxarılır - Taksiyə maraq niyə azalıb?
-
Ayağı amputasiya edilən "Survivor" yarışmaçısının son halı - FOTO
-
1715-ci ilin Quarneri skripkası Elvin Hoca Qəniyevin sehrli əllərində – Bakıda möhtəşəm musiqi axşamı - VİDEO - FOTO
-
Bakıda 5001 qızıl gül kimə verilib? - VİDEO





