İcra başçısının müavinindən 300 mini necə aldılar? - MTN cinayətləri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məhkəmə prosesi davam edən ləğv edilmiş MTN-nin Anti-terror Mərkəzinin rəisi general-mayor Elçin Quliyev və dəstəsinin cinayət əməlləri ortaya çıxmağa başlayıb.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, onun qurbanlarından biri də Xəzər rayon icra başçısının 1-ci müavini Ələkbər Heydərov olub.
2011-ci ildən 2013-cü ilə qədər icra başçısının müavini olan Ə.Heydərov istintaqa ifadəsində başına gələnləri danışıb. O bildirib ki, 2011-ci ilin may ayında başçı Gülağa İslamov onun MTN-ə çağırıldığını deyib: "Niyə məhz məni çağırdıqlarını bilmədim, başçı dedi ki, get öyrən. Nazirliyə getdim, özümü təqdim edəndən sonra məni bir otağa apardılar. Orada adını bilmədiyim bir neçə şəxs mənə saxta sərəncam verdiyimi dedilər. Mən isə buna səlahiyyətim olmadığımı dedim. Sonra isə hansısa vətəndaşa məxsus torpaq sahəsini başqa adama satdığımı dedilər. Onlardan sənəd istədim, 1999-cu ilə aid hansısa sənədi göstərdilər. Mən belə bir şey etmədiyimi dedim".
Heydərov qeyd edib ki, daha sonra ona Abşeron rayon icra başçısının müavininin də MTN-ə çağırıldığını deyiblər: "Dedilər ki o da cinayətini etiraf etməyib, amma sonradan azad olunması üçün pul verməyə razılaşıb. Buraxıldıqdan sonra isə onları aldadaraq aradan çıxıb və pulu gətirməyib. Bunlar isə həmin müavini narkotik maddələrin qaçaqmalçılığı adı ilə həbs ediblər. Məni bir müddət saxlayandan sonra rəisin qəbul edəcəyini dedilər və İlqar Əliyevin qəbuluna apardılar".
Ə. Heydərov bildirib ki, sonradan intihar edən polkovnik İ.Əliyev onun nazirliyə nazir Eldar Mahmudovun göstərişi ilə çağırıldığını deyib: "İlqar Əliyev yenə də mənim saxta sərəncam verdiyimi dedi, mən isə təkzib etdim. Bu dəfə İlqar Anti-Terror mərkəzinin gücündən danışdı və onlar istəməsə heç kimin buradan çıxa bilməyəcəyini deyib məni başqa adla da həbs edə biləcəklərini bildirdi. Sonra isə oğlumun cavan olmasını, onun silah və ya narkotiklə həbs edilə biləcəyini dedi və özümdən daha çox oğlumu düşünməyimi istədi. Mən bundan sonra qorxdum, İlqar əli ilə 5 göstərib 500 min manat verməyimi istədi, o qədər pulumun olmadığını dedim.
O dedi ki, sənə hörmət edirəm və kağıza 300 min yazıb son rəqəm olduğunu göstərdi. İlqar Əliyev əlavə etdi ki, pulun hamısı özünə çatmayacaq, məbləğin çoxunu nazirə və idarə rəisinə verəcək. Bir həftəyə pulu düzəldə biləcəyimi dedim, ordan çıxandan sonra öz qohumlarımdan və oğlumun dostlarından borc yığdıq. Pulu MTN-ə gətirib İlqar Əliyevin otağında özünə verdim. Bu barədə heç yerə şikayət etmədim, çünki həmin vaxt MTN-dən kiməsə, harasa şikayət etməyin mənası yox idi".
Bu epizod üzrə istintaqa ifadə verən MTN generalı Elçin Quliyev Ə.Heydərovu tanımadığını, onun MTN-ə çağırılmasından xəbərsiz olduğunu deyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"İnsan necə "qudurarmış" - Elza Seyidcahan
-
Ərdoğan: Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları





