Cəmiyyət

Dayanma-durma qadağandır, amma... - VİDEO

7 Aprel 2017 21:32
2 Şərh     Baxış: 1 603
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Onlarla yük maşını sıra ilə yol kənarında dayanıb. Sürücülər burada müştəri gözləyir. Baxmayaraq ki, ərazidə dayanma-durmanı qadağan edən yol nişanı var. Milli.Az bildirir ki, belə bir hal paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yaşanır.

Mütəmadi olaraq həmin küçədən istifadə edən sürücülər yük avtomobillərinin pik saatlarda tıxaca səbəb olduğunu deyirlər.

Ancaq yük maşını sürücüləri iddiaları qəbul etmirlər. Onlar illərdir maşınlarını burada saxladıqlarını və heç kimə mane olmadıqlarını deyirlər.

Ekspertlər deyir ki, mənzərə "Yol hərəkəti haqqında" qanunun tələblərinə ziddir. Dayanma-durmanı qadağan edən yol nişanının tələbini pozan sürücülər 20 manat məbləğində cərimə edilməlidir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Dayanma-durma qadağandır, amma...

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.