Qanımızı halal etdiyimiz yeganə qaniçən - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Onun toxunuşu nəticəsində qan dövranı yaxşılaşır, toxumlar oksigenlə zənginləşir, qan təzyiqi stabilləşir, hormonal fon və maddələr mübadiləsi bərpa olunur.
Oğuz rayonunun Padar kənd sakini Fəxrəddin Mustafayev 5 ildir zəliçilik təsərrüfatı ilə məşğul olur.
Milli.Az-ın Sputnik Azərbaycan-a istinadən verdiyi məlumata görə, həyətyanı sahəsində süni şəkildə yetişdirdiyi zəliləri Oğuz və ətraf rayonlara sataraq gəlir əldə edən Fəxrəddin dayı, əslində bu işin heç bir xərc tələb etmədiyini deyir.
AMEA Zoologiya İnstitutu artıq vəhşi təbiətdən zəli ovlanmasına nəzarət olunmasını təklif edib. Daha çox Rusiyaya, Türkiyəyə, Avropa ölkələrinə satılan zəlilərə tələbat günümüzdə də kifayət qədərdir. Hirudoterapiya adlanan bu müalicə üsulu hələ qədim zamanlar da istifadə olunub. XVII əsrdən sonra zəli ilə müalicə üsulu tədricən unudulsa da, son dövrlərdə bu müalicə üsulu yenidən aktuallaşıb.
Günümüzdə zəli ilə müalicə olunan xəstəliklər, əsasən ginekoloji xəstəliklər, hipertoniya, varikoz xəstəliyi, onurğa sütunu və oynaq xəstəlikləri, sinir sistemi pozulmalarıdır. Amma hər bir müalicə sistemində olduğu kimi, burada da əməl olunması vacib qaydalar var. İlkin olaraq zəli müalicəyə hazır vəziyyətə gətirilməlidir. Qış və yaz hovuzunda yetişdirilən zəlilər sonradan xüsusi qablara - banka və balonlara yığılaraq 6 ay saxlanılır ki, bədənləri sterlizə olunsun. Bədəni təmiz olmayan zəli zəhərlənmə verə bilər.
Qiyməti 20-50 qəpik arasında dəyişən zəlilər hər kəsə satılır. Ucuz müalicə üsulu olduğundan, bu gün qanunsuz zəli alverçiləri və saxta zəli müalicəsi ilə məşğul olanların sayı artıb. Buna görə də həkim məsləhəti mütləqdir.
F. Mustafayevin sözlərinə görə, müalicə seansı zamanı zəli qana 100-ə yaxın bioloji aktiv maddə yeridir: "Bu maddələrdən ən vacib olanı hirudindir. Məhz bu maddə damarları tromblardan azad edir, trombların əmələ gəlməsini əngəlləyir, damarları təmizləyir". Hirudoterapiya immun sisteminə də çox müsbət təsir edir: "Zəli özü bioloji aktiv nöqtələri taparaq ora yapışır. Proses ağrısızdır. Çünki zəli qana həm ağrıkəsici maddə buraxır, həm də dişlək yerinin ətrafını qanın laxtalanmasına mane olan maddələrlə isladır. Müalicə nəticəsində qan dövranı yaxşılaşır, toxumlar oksigenlə zənginləşir, qan təzyiqi stabilləşir, hormonal fon və maddələr mübadiləsi bərpa olunur". Dünyada zəlinin 500-ə yaxın, Azərbaycanda isə 17 növü var. Zəlinin yalnız bir növü - tibb və ya "aptek zəlisi" tanınan növü insana faydalıdır. Amma aidiyyəti qurumlar bildirir ki, əgər zəlilərin vəhşi təbiətdən ovlanması belə davam edərsə, Azərbaycanda 5 ildən sonra tibbi müalicə üçün zəli tapılmayacaq.
Məsələ ilə bağlı artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) müraciət də olunub. Bundan başqa, artıq zəli təsərrüfatlarının yaradılması, eləcə də gələcəkdə bu sahənin genişləndirilməsi üçün müəyyən addımlar atılıb. Artıq Mingəçevir şəhərində bu istiqamətdə xüsusi təsərrüfatın yaradılması prosesinə başlanıb, həmçinin bu yöndə bir neçə toplantı və beynəlxalq səviyyəli seminar təşkil olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
-
6 milyon manatdan çox ƏDV qaytarılıb
XƏBƏR LENTİ
-
Qatıq və ya süd deyilmiş: Bağırsaqlar üçün ən faydalı qida məlum oldu
-
Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə
-
Heç vaxt yola getməyən bürc cütlükləri
-
“5 il ömrüm qalıb” - Brüs Kempbell
-
Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya
-
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü





