Cəmiyyət

Qab-qacaq orqanizm üçün zərərli ola bilər

21 Mart 2017 15:10
0 Şərh     Baxış: 1 243
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Aşlend Universitetindən olan alimlər bildiriblər ki, alüminium qab-qacaq insanın fiziki sağlamlığına pis təsir edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, amerikalı mütəxəssislər on ölkədə alüminium qab-qacağı yoxlayaraq müəyyən ediblər ki, bu cür qabların tərkibində orqanizmə pis təsir göstərən metal qarışıq tez-tez olur. Ekspertlər qabların tərkibində təhlükəli maddələrin olmasını onların müxtəlif metal tullantılarından hazırlanması ilə əlaqələndiriblər.

Tədqiqatda yazılıb: "Xörək bişirmək üçün istifadə edilən alüminium qabların tərkibində olan arsen və kadmium yeməyə qarışıb. Nümunələrin üçdəbirindən çoxu xörəyə qarışan qurğuşunun təsiri baxımından orqanizm üçün xüsusi real təhlükə doğurub. Alüminium qablardakı qarışığın səviyyəsi Dünya Səhiyyə Təşkilatının normasını altı dəfə ötüb".

Mütəxəssislərin fikrincə, alüminium qab-qacaq ürək-damar patologiyası ilə əlaqəlidir. Habelə uşaqların bu qablardan mütəmadi istifadə etməsi ilə onlarda IQ səviyyəsinin azalması arasında bağlılıq var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.