Orqanizmdəki yağları sürətlə yandırmaq üçün 5 effektiv üsul
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Orqanizm yanacaq mənbəyi olan yağları təbii yollarla yandırır, ancaq bunun daha təsirli olmasını təmin etmək sizin əlinizdədir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Herbalife Global Fitness təlim direktoru Samanta Kleyton yağların sürətlə yandırılması üçün dözümlülük, güc və interval məşqləri etməyi, balanslı qidalanıb dincəlməyi təklif edir. Məşq proqramı və fərdi qidalanma məsələsində balanslı davranmaq uzun perspektivdə daha təsirli bir şəkildə kalori və yağ yandırmaq üçün mükəmməl nəticələr verir. Ardıcıllıq uğurların açarlarından biridir, bu səbəblə həftənin beş gününü aktiv olmağa və məşq etməyə ayırın", - deyə o bildirib.
Kleyton bədənimizi, sanki bir yağ yandırma maşınına çevirəcək 5 təsirli üsulu aşağıdfakı kimi sıralayıb:
1. Həftədə bir gün uzun müddət qaçın, yeriyin və ya velosiped sürün. Özünüzü rahat hiss etdiyiniz bir tempdə uzun müddət qaçmaq, yerimək və ya velosiped sürmək bədəninizin yağ yandırması üçün mükəmməl bir üsuldur. Bədəniniz uzun müddətli məşqlərinizin böyük bir hissəsində yanacaq mənbəyi kimi, orqanizmdə toplanan yağları istifadə edir. Özünüzü məcbur etməyə başlayıb intensivliyi artırsanız, orqanizminiz enerji üçün topladığı karbohidratı da yandıracaq.
2. Həftədə iki gün intervalı ilə məşq edin. Qısa intervallı və sürətli qaçışdan sonra bərabər və ya daha az dincəlmək prosesini ehtiva edir. Əslində bədəni daha yüksək templərə öyrəşdirmək məşqidir. Böyük gərginlikdə bir interval məşq vaxtı, orqanizminiz yanacaq mənbəyi kimi karbohidrogenləri istifadə edir, ancaq dincəlmək vaxtı yağ yandırır. İnterval müntəzəm məşqlərdən daha qısa davam edir və yalnız 30 dəqiqəlik bir məşqlə böyük miqdarda yağ yandırmaq mümkün olur. Həftədə iki gün bu tərzdə məşq etməyə çalışın.
3. Güc məşqlərilə bədəninizi formaya salın. Yağsız əzələ kütləsi formalaşdırmaq, dincələndə də daha çox kalori yandırmağa kömək edir. Orqanizminizin yağsız əzələ kütləsini qorumaq üçün daha çox kaloriyə ehtiyacı var. Bu əzələ kütləsini formalaşdırmaq üçün uzun perspektivdə daha yaxşı yağ yandırmağa imkan verir. Gücə əsaslanan məşqlər idman zalını tərk etdikdən sonra da yağ yandırmağa davam etməyinizi təmin edir.
4. Əvvəlcə zülal, sonra az miqdarda karbohidrat. Qəbul etdiyiniz qidaların bədəninizin nəticələrinə birbaşa təsiri var. Hər gün karbohidrat, sağlam yağ və zülal ehtiva edən balanslı yemək payları hazırlayın. Məşqdən qabaq 30 dəqiqə ərzində, xüsusilə də uzun müddətli məşq etdiyiniz günlərdə zülal istehlak etməyə diqqət edin. Bundan başqa, orqanizminizin əzələ qlikogen yenilənməsinə kömək etmək üçün məşqlərdən sonra az miqdarda karbohidrat istehlak etməyiniz vacibdir.
5. Təkcə beş gün idman edin. Dincələndə orqanizminiz tələblərinizə uyğunlaşmağa başlayır. Həftədə beş gün ciddi məşq edirsinizsə, qalan iki gündə bədəninizin bütün qüvvəsini toplayıb bərpa olunmasına icazə verməlisiniz.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hökumənin qardaşı Kəlbəcərdə işə başladı - VİDEO
-
Nazir bu instituta direktor təyin etdi
-
Yaşıllıqlara 149 520 manat məbləğində ziyan dəyib
-
Şəhid xanımına leytenant rütbəsi verildi - FOTO
-
AQTA və şadlıq sarayı arasında gərginlik artır - Görüntülər yayıldı - VİDEO - FOTO -YENİLƏNİB
-
Növbəti torpaq hərracları keçiriləcək
XƏBƏR LENTİ
-
Heydər Əliyev adına Liseydə “Zamana sığmayan ömür” adlı tədbir keçirilib - FOTO
-
Cinayət Məcəlləsinə yeni maddələr əlavə edildi - DTX araşdıracaq
-
“Ciddi xəstəliyim var, canımla əlləşirəm, dünəndən ağlayıram”
-
Hökumənin qardaşı Kəlbəcərdə işə başladı - VİDEO
-
İranla ABŞ arasında yenidən toqquşma baş verib
-
Nazir bu instituta direktor təyin etdi
-
Yaşıllıqlara 149 520 manat məbləğində ziyan dəyib
-
Şəhid xanımına leytenant rütbəsi verildi - FOTO
-
Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq
-
Direktor müavini vəfat etdi - FOTO
-
AQTA və şadlıq sarayı arasında gərginlik artır - Görüntülər yayıldı - VİDEO - FOTO -YENİLƏNİB
-
Növbəti torpaq hərracları keçiriləcək
-
Abşeron dairəvi yolunda stansiyaların sayı 40-a çatdırılacaq
-
Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı ARTIB
-
Əli Əsədov iclas keçirdi
-
Gənc pianoçu Cəmil Sədizadə Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək
-
Leyla Mustafazadə vəfat ETDİ
-
Bu şəxslərə 2750 manat VERİLDİ - RƏSMİ
-
İmtahanda yüksək bal toplayanların SİYAHISI
-
Bu bölgələrdə qaz OLMAYACAQ - Xəbəriniz olsun
-
Röya izləyicilərini sevindirdi - VİDEO
-
Bu ərazilərə leysan yağır - FAKTİKİ HAVA
-
Azərbaycanda daha bir dövlət qurumunun bəzi avtomobilləri operativ nəqliyyat sayılacaq
-
"Bacım uşaqlarına gözəllik salonu ALMIŞAM"





