Cəmiyyət

Qara nöqtələrdən xilas olmaq üçün maska

28 Fevral 2017 22:50
5 Şərh     Baxış: 12 387
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Üzdə olan qara nöqtələr dərinin piy toxumasında tozların, kirlərin yığılması və kök salması nəticəsində əmələ gəlir. Dəridə olan tük köklərinə və xırda çökəkliklərdə yığılıb qalan kirlər, zaman keçdikcə öz tərkibini və rəngini dəyişərək qara nöqtələrə çevrilir.

Milli.Az immunitet.az-a istinadən ev şəraitində qara nöqtələrdən xilas olmağın yollarını öyrətmək istəyirəm:
* Üzünüzü yuyucu vasitələrlə təmiz yuyun.
* Dərin qabda su qızdırın və üzünüzü buğa verin. Buğun daha yaxşı təsir etməsi üçün su soyuduqca bir-neçə dəfə yeni isti su ilə əvəz edin. Suya çobanyastığı çiçəkləri atsanız dərinizə daha effektli təsir göstərəcək müalicəyə səbəb ola bilərsiniz. Lakin vanna qəbul edərkən başınızı dəsmalla bükməyi unutmayın.
* Hazırladığınız maskanı üzünüzə sürtün. Bu zaman gözlərinizin və dodaqlarınızın ətrafına maska sürtməyin.
* Maskanı üzünüzdə 20-25 dəqiqə saxlayın, sonya təmizləyin.
* Müalicəni 3-7 gün fasilələr verməklə ən az 1 ay davam edin.
Maskaların hazırlanma qaydası aşağıdakı kimidir:
1. 4-5 həb aktivləşdirilmiş kömür tam əzilib toz halına salınır. Üzərinə 1 yumurtanın ağının yarısı əlavə edilib yaxşı qarışdırılır. Maska üzə sürtüldükdən 20-25 dəqiqə sonra nazik plyonka kimi soyulub çıxarılır.
2. Eyni sayda aktivləşdirilmiş kömürü toz halına saldıqdan sonra üzərinə yumurta ağı və az miqdarda şəkər tozu əlavə edilib qarışdırılır, üzə sürtülür.
3. Qara gildən hazırlanmış maska da üzdəki qara nöqtələrdən xilas olmaqda yardımçı olur.
4. Bir neçə aktivləşdirilmiş kömür həbi əzilib toz halına gətirildikdən sonra üzərinə az miqdar süd və 1 çay qaşığı jelatin əlavə edilib isidilir, üzə sürtülür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.