Şəhidin övladı atasız doğulacaq... - Fuad Qafarovun kəndindən REPORTAJ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Fuad Qafarov şəhid olmamışdan öncə atasına zəng vurur. Onunla və əmisi ilə görüşmək istədiyini bildirir.
Milli.Az APA-ya istinadən xəbər verir ki, şəhid olmamışdan bir neçə saat öncə də atası Fərhad Qafarov və həyat yoldaşı ilə telefonla danışır. Azyaşlı övladını və tezliklə ana olmağa hazırlaşan həyat yoldaşının səhhətini soruşur: "Təxminən 20 gün bundan öncə zəng elədi ki, əmimi də götür gəl sizinlə görüşmək istəyirəm. Görüşdük. Apardı bizə xidmət elədiyi əraziləri, düşmən postlarını göstərdi. Ruh yüksəkliyi var idi. Hərtərəfli insan idi. Şəhid olmamışdan öncə mənə zəng vurmuşdu. Dedi ki, tabeliyimdə olan əsgərlərdən cavabdehəm, başımla cavab verirəm. Elə başından da getdi. Bir saat qabaq da həyat yoldaşına zəng vurub".
Niyazabad kənd orta məktəbində təhsil alan şəhid Fuad Qafarovu müəllimləri də xoş sözlərlə xatırlayır.
Məktəbin direktoru Əmirxan Sərdarov deyir ki, Fuad məktəb illərində öz ədəb-ərkanı ilə seçilən şagirdlərdən olub: "Məktəbin 9-cu sinfini 2003-cü ildə bitirib, sonra təhsilini rayonda davam etdirib. Hərbi xidmətdə də, məktəb illərində də onun Vətənə, torpağa bağlılığını müəllimləri də təsdiqləyir".
Müəllimi Nazim Mövlanov da onunla fəxr etdiklərini bildirib: "Bütün müəllim kollektivi, bütün kənd onu layiqli, tərbiyəli oğlan kimi tanıyırdı. Vətənin, həmyerlilərinin fəxr edə biləcəyi bir gənc idi. Biz çox təəssüf edirik ki, onun taleyi belə yekunlaşdı. Ancaq o, bizim qəlbimizdədir, ruhu bizim xalqımızladır. Allah rəhmət eləsin!"
Qeyd edək ki, Fuad Qafarov fevralın 11-də axşam saatlarında ermənilərin işğal olunmuş ərazilərimizdən mövqelərimizi atəşə tutmasının qarşısı alınarkən atışmada şəhid olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Real Madrid"də köklü dəyişiklik: 9 nəfər göndəriləcək
-
Bakı sakinlərinə xəbərdarlıq: Sabah alternativ yollardan istifadə edin
-
Britaniya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb FOTO
-
İnternetdə tanış olduğu qadın kişini tələyə saldı - FOTO
-
ABŞ bu ərazidə yeni hərbi bazalar planlaşdırır
-
Gürcüstandan Azərbaycana xəstə heyvanlar gətirmək istədilər
-
Maştağada yaşayış evi qrunt sularının altında qaldı
-
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edildi
-
Əhalinin banklara etibarı güclənir?
-
Elektron siqaretlərlə bağlı QƏRAR - RƏSMİ
-
Hantavirus necə yayılır? - İnfeksionist açıqladı
-
Qapılara yapışdırılan elan vətəndaşa baha başa GƏLDİ
-
"Real Madrid"in yeni baş məşqçisi artıq BƏLLİDİR
-
Səhnəyə Azərbaycan bayrağı ilə çıxdı - VİDEO
-
WUF13-ün tədbir zalı 6000 nəfərə qədər iştirakçını qəbul edə biləcək
-
Anasını öldürməkdə təqsirləndirilən şəxs barədə şok FAKTLAR
-
9 əkiz uşağının 5 yaşını keçirdi: Möcüzə BAŞ TUTDU - VİDEO
-
“Araz-Naxçıvan” onu göndərdi
-
Açıq hava formatında WUF13 Bulvarı yaradılıb
-
Arda Turan yeni mövsümdə bu komandanı ÇALIŞDIRACAQ
-
Alimlərdən XƏBƏRDARLIQ: Virusun mənbəyi fərqlidir
-
UFC Azərbaycan: Döyüş cədvəli açıqlandı
-
Komendant bunları sizə qadağan edə BİLMƏZ
-
15 yaş kiçik sevgilisindən 3-cü övladı oldu - FOTO





