Cəmiyyət

Müsəlman kilsəyə gedib şam yandıra bilərmi?

9 Fevral 2017 21:45
10 Şərh     Baxış: 11 510
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kilsəyə getmək özü-özlüyündə günah deyil. Kilsənin içində nə olduğunu öyrənib-bilmək məqsədi ilə və ya xarici ölkələrdəki məşhur kilsələrə turist kimi getmək olar.

Amma təəssüf ki, bəzi müsəlmanlar kilsəyə ya ibadət, ya da nəzir niyyəti ilə gedirlər. İslam.az-ın məlumatına görə, məscid mövcud olan bir şəhərdə kilsəyə gedib, orada ibadət etmək düzgün deyil.

Milli.Az islam.az-a istinadən bildirir ki, kilsədə yazlnız o zaman ibadət etməyə icazə verilər ki, o ətrafda məscid və ya ibadət üçün yararlı bir yer olmasın. Nəzirə gəlincə, bunu da kilsə üçün etmək və kilsədə yerinə yetirmək yanlışdır. Xüsusilə, xristianlar-sayağı kilsəyə gedib, ikonanın qabağında şam yandırmaq və arzu diləmək müsəlmana yaraşmaz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.