Kilsəyə getmək özü-özlüyündə günah deyil. Kilsənin içində nə olduğunu öyrənib-bilmək məqsədi ilə və ya xarici ölkələrdəki məşhur kilsələrə turist kimi getmək olar.
Amma təəssüf ki, bəzi müsəlmanlar kilsəyə ya ibadət, ya da nəzir niyyəti ilə gedirlər. İslam.az-ın məlumatına görə, məscid mövcud olan bir şəhərdə kilsəyə gedib, orada ibadət etmək düzgün deyil.
Milli.Az islam.az-a istinadən bildirir ki, kilsədə yazlnız o zaman ibadət etməyə icazə verilər ki, o ətrafda məscid və ya ibadət üçün yararlı bir yer olmasın. Nəzirə gəlincə, bunu da kilsə üçün etmək və kilsədə yerinə yetirmək yanlışdır. Xüsusilə, xristianlar-sayağı kilsəyə gedib, ikonanın qabağında şam yandırmaq və arzu diləmək müsəlmana yaraşmaz.
Milli.Az