Ötən əsrin əvvəllərində Azərbaycan xalqını çörəklə sınağa çəkən, hakimiyyətə gələr gəlməz ölüm fərmanları verən İsa Qəmbər yenə varlığını sübut etməyə çalışır. Bu dəfə də ənənəsinə sadiqdir. Nə manerası dəyişib, nə də leksikonu. Şər-böhtan və təhqir, bu adamın həyat tərzinə çevrilib.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Cocuk Mərcanlı kəndinin bərpası üçün atılan addımlar cəmiyyətdə ruh yüksəkliyini daha da qaldırdığı bir vaxtda İsa Qəmbər yenə ölkə hüdudlarından kənarda aldığı sifarişlərin əsirinə çevrilib. Ermənistanı və ermənipərəst qüvvələri Azərbaycandakı vətənpərvər əhval ruhiyyə narahat etdiyindən 5 kalonun köməyinə ehtiyac yaranıb. Bunun üçün əziyyətdə çəkməyiblər.Onlar dəstəyi bu dəfə də İsa Qəmbərdən gördülər. Azərbaycan Xalq Cumhuriyyətinin qurucularından olan Məmməd Əmin Rəsulzadənin imici altında gizlənməyə cəhd göstərən İsa Qəmbər yenə sərsəm fikirlər səsləndirib. Görünür özünü mələk donunda təqdim edən İsa Qəmbər fikilrəşir ki, hakimiyyətdə olduqları qısa müddət ərzində törətdiyi əməllər unudulub. Xatırladaq ki, bu adam hakimiyyətə gələr gəlməz ölüm fərmanları, Gəncə şəhərinin bombalanması tapşırığını vermiş şəxsdir.
İsa Qəmbər o şəxslərdəndir ki, xalqının ən çətin günlərində gizlənərək oraya çıxmayıb. 2013 ci ildə Müsavat partiyasının başqanlığından getsədə hələdə özünü partiya lideri kimi aparmağa cəhd edir. Halbuki, elə gənclər arasında o qocalmış uğursuz müxalifətçi hesab edilir.
Millət vəkili Siyavuş Novruzov hesab edir ki, İsa Qəmbər yenə cəmiyyəti qızışdıraraq istəyinə nail olmaq və ən əsası gəlir əldə etmək məqsədi güdür... Bir sözlə gənclərin beynini yumaq və onları hakimiyyətə qarşı çevriməklə ağalarının gözündə dəyər qazanmağa çalışır.
Milli.Az