Hamiləlik zamanı nanə, limon, alma, zəncəfil, itburnu, qarğıdalı saçağı, razyana, portağal kimi uşaqlığı qıcıqlandırmayan bitki çaylarından istifadə etmək mümkündür. Amma dietoloqların ginekoloqlarla birgə məsləhətləşmələri bu çaylardan gün ərzində 2 stəkandan artıq istifadə etməyə icazə vermir.
Hamiləlikdə qripə qarşı çaylar.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, hamiləlik dövründə soyuq havalarda qrip virusuna yoluxmamaq üçün bol maye içmək lazımdır. Bu zaman hamilə qadınlar onlara parasetomolu əvəz edəcək bitki çaylarından istifadə etməlidir. Bu çaylara qızdırmanı aşağı sala biləcək və orqanizmdən soyuqlama əlamətlərini aradan qaldıran çaylar aiddir. Nanə, limon, zəncəfil, itburnu, kəklikotu çayı bu cür çaylara aiddir. Amma həkimlər bu çaylardan gün ərzində 2 fincandan artıq içməyə icazə vermirlər.
Vitamin çayları.
Alma, alma qabığı, portağal, itburnu çayları hamilə qadınlara ən çox lazım olan bitki çaylarındandır. Bu çayların tərkibində çoxlu vitaminlər olduğu üçün orqanizmə faydalı hesab edilir, amma çox qəbuluna həkimlər icazə vermir.
Reyhan və razyana çayları.
Bu çaylardan hamiləlik vaxtı içildikdə ürəkbulanma əlamətlərini aradan qaldırır.
Yuxarıda adları çəkilən dəmləmələrin dadı acı olduqda tərkibinə az miqdar şəkər əlavə etmək olar.
Milli.Az