Muhəmməd ibni Əli ibni İbrahim nəql edir: "Həyat bizim üçün çox ağır olmuşdu və yoxsulluq bizə hücum çəkmişdi.
Bir gün atam mənə dedi: "Bizi İmam Həsən Əsgərinin (ə) xidmətinə apar ki, onu səxavətli olması ilə mədh edirlər". (Erfan)
Atama dedim: "Onu tanıyırsan?".
Dedi: "Tanımıram və onu heç bir zaman görməmişəm".
Biz İmama (ə) tərəf yola düşdük və yolda atam mənə dedi: "Həqiqətən, göstəriş versəydi bizə 500 dirhəm verərdilər, 200 dirhəmi geyim üçün, 200 dirhəmi buğda üçün, 100 dirhəm də həyat xərclərimiz üçün olardı".
Mən də öz növbəmdə düşündüm: "Ey kaş mənim üçün 600 dirhəm verərdi, 100 dirhəmə minik alardım, 100 dirhəm həyat xərclərim üçün olardı, 100 dirhəm geyim üçün olardı və sonra da Cəbələ tərəf gedərdim".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmamın (ə) evinə gəlib çatanda xidmətçi bizə tərəf gəldi və dedi: "Əli ibni İbrahim və oğlu, daxil olun".
O zaman ki, daxil olub salam verdik, İmam (ə) atama buyurdu: "Səni bu qədər zaman bizim ziyarətdən saxlayan şey nə idi?".
Dedi: "Ey mənim sərvərim! Səni bu halımla görməyimdən həya etmişəm".
İmamın (ə) xidmətindən çıxan zaman xidmətçi gəldi və atama bir pul kisəsi verib dedi: "Bu, 500 dirhəmdir, 200 dirhəm geyim üçün, 200 dirhəm buğda üçün və 100 dirhəm də həyat xərcin üçündür".
Mənə də bir kisə verdi və dedi: "Bu, 600 dirhəmdir, 100 dirhəmi minik almaq üçün, 100 dirhəmi həyat xərcin üçün, 100 dirhəmi geyim üçün qərar ver. Cəbələyə getmə, Səvaya (İraqda olan bir yer adıdır) get".
Milli.Az