Gəncə şəhərində doğuş zamanı ölüm hadisəsi baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki,Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxananın Doğum Şöbəsinə gətirilən Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Səbinə Allahverdiyeva doğuş zamanı ölüb.
Xəstəxanadan "Report"a bildiriblər ki, S.Allahverdiyevanın doğuşdan sonra qəflətən halı pisləşib. Həkimlər əllərindən gələni etsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.
Qadının dünyaya gətirdiyi oğlan uşağının vəziyyəti isə normaldır. Xəstəxanadan onu da bildiriblər ki, bu, S.Allahverdiyevanın ilk doğuşu olub.
Hazırda ölümün səbəbləri araşdırılır.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: