Türkiyə

Türkiyə bələdiyyəsində əməliyyat - 157 nəfər saxlanıldı

1 İyul 2025 11:23
Baxış: 337
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İzmir Böyükşəhər Bələdiyyəsinə qarşı "korrupsiya" və "qanunsuzluq" iddiaları ilə bağlı başlanan istintaq çərçivəsində genişmiqyaslı əməliyyat həyata keçirilib.

Milli.Az "haberler"ə istinadən xəbər verir ki, İzmir Respublika Prokurorluğunun göstərişi ilə səhər saatlarında keçirilən əməliyyatda 157 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.

Saxlanılanlar arasında İzmir Böyükşəhər Bələdiyyəsinin keçmiş başçısı Tunç Soyer, CHP İzmir İl sədri Şenol Aslanoğlu və bələdiyyənin bir sıra yüksək vəzifəli keçmiş və hazırkı məmurları da yer alır.

İzmir Prokurorluğu tərəfindən verilən açıqlamada qeyd olunub ki, korrupsiya halları Sayıştay, Mülkiyə Müfəttişliyi və ekspert hesabatlarına əsasən müəyyən olunub. 

Saxlanılan əsas şəxslər:

Tunç Soyer - Keçmiş İzmir Böyükşəhər Bələdiyyə Başçısı

Şenol Aslanoğlu - CHP İzmir İl sədri

Barış Karcı - İzmir Bələdiyyəsinin keçmiş baş katibi

Heval Savaş Kaya - İzbeton-un keçmiş baş direktoru

Gürkan Erdoğan - İzsu baş direktoru

Fırat Erkol - CHP Ankara İl sədrinin oğlu və digərləri

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.