Texnologiya

Windows 11-də yeni funksiya: İnternet sürətiniz ARTACAQ

22 Fevral 2026 14:19
Baxış: 355
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Windows 11 əməliyyat sistemində yeni daxili funksiya istifadəyə verilib.

Milli.Az xəbər verir ki, məlumat Microsoft şirkətinin rəsmi saytında dərc olunub.

Sürət testi necə işləyir?

Funksiya birbaşa tapşırıqlar panelinə inteqrasiya edilib. Testi başlatmaq üçün istifadəçi şəbəkə ikonuna sağ klik edir və "İnternet sürətini yoxla" (Perform speed test) bölməsini seçir.

Bundan sonra sistem avtomatik olaraq standart brauzeri açır və bağlantı sürətini ölçür. Xidmət Ethernet, Wi-Fi və mobil şəbəkə vasitəsilə qoşulmaları dəstəkləyir.

Tərtibatçıların sözlərinə görə, bu yenilik internet problemlərinin diaqnostikasını xeyli asanlaşdırır və əlavə saytlar axtarmağa ehtiyacı aradan qaldırır.

Kimlər istifadə edə bilər?

Hazırda funksiya Windows 11-in ilkin (preview) versiyasında mövcuddur və yalnız Windows Insider proqramının iştirakçıları üçün əlçatandır. Yeniləmənin test istifadəçiləri arasında mərhələli şəkildə yayılması planlaşdırılır.

Digər yeniliklər

KB5077241 yenilənməsi ilə birlikdə sistemə əlavə olaraq sürətli sistem bərpası funksiyası, veb-kamera üçün genişləndirilmiş parametrlər, sistemə giriş zamanı ehtiyat nüsxə imkanı, yeni emojilər əlavə edilib.

Stabil versiyanın bütün istifadəçilər üçün təqdimatı test mərhələsi başa çatdıqdan və mümkün xətalar aradan qaldırıldıqdan sonra gözlənilir.

Xatırladaq ki, daha əvvəl Windows 11 istifadəçiləri KB5077181 yenilənməsini quraşdırarkən problemlərlə üzləşmişdilər. Həmin yeniləmə bəzi cihazlarda sonsuz yenidənbaşlama (restart) problemi yaradırdı. /Lent.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.