Cəmiyyət

Qadınların təsnifatı: Kişilərin ehtiyatda saxladığı qadınlar

1 Dekabr 2016 14:32
17 Şərh     Baxış: 4 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elə bilirsiniz, ancaq qadınlar kişiləri təsnifatlaşdırır, qadınlar ehtiyatda kişi saxlaya bilərlər?

Bu həyatda çox vaxt qarşılıqlıq prinsipi işləyir.

Kişilər üçün qadınların təsnifatı var, kişilər hər təsnifatda olan qadınları isə onlara məxsus xarakter və cəhətlərə görə o təsnifat qrupuna daxil edirlər.

Sevgili - kişinin yaşından asılı olaraq bu statusda olan qadınlara münasibət də fərqli olur. Sevgili sevdiyi qadın olur. Kişinin ideallaşdırdığı, yüksək dəyər verdiyi birisi olur. Bəzən statusunu artırır, olur nişanlı və həyat yoldaşı, bəzən isə ayrılır, tutmur xarakterləri. Sevgili olanda hər iki tərəf özünü ideal, mükəmməl göstərir, bəzən daha çox susur, az ünsiyyətdə olur, mübahisə edir ki, tam açılmasın.

Bacı - Qadağaların tətbiq edildiyi, evdə qapadılan, susdurulan, bəzən güdülən, ipi yığılan insan. Hirsli olanda, nədənsə narazı olanda soyutmağa subyektdir. Eləcə də, hər hansı marağı olmayan və ya marağı olduğu halda, onu gizlətməyə çalışan kişilər üçün onların dostluq etdiyi qadınlar da bu qrupa düşə bilərlər.

 Dost - çoxfunksiyalı varlıqdır. Ən çox da dostu dost seksi üçün saxlayırlar. Təklif edirlər. Dost kimi anlayıb, dəstək olmalısan, razı olmalısan sanki... Həqiqi dostluq etməyi bacaran kişilər də var, az deyildir. Ehtiyat variantdır, qadınla dostluq etməyi bacaran az kişi vardır. O qadınla dostluq edirlər ki, fiziki baxımdan cəlb etməsin kişini, onda hansısa ehtirası oyatmasın.

Həyat yoldaşı - bəzən sevib, bəzən sevməyib evləndiyi insan. Sonradan statusu sözdə və başqalarının yanında yüksək və aşağı olan qadın. Bir çox hallarda kişisini hər mənada ac saxlayıb öz əliylə başqa qadına verən qadındır.

Ana - müqəddəsdir, qaynanadır, həyat yoldaşındır, uşağın üçün... Ana anadır. Onu seçmir insanlar... Bəzən isə seçə bilirsən ailəni, doğma ailən olmayanda... Ailədə hökmü və sözü keçərli olur. Öyrədə bilir hər kəs öz övladını... Bəzən müdaxilə edir məsləhəti ilə, bəzən isə qarışmır ailənin işinə...

İş yoldaşı - həmkardır. Yaddır əslində, bir iş yeri olsa belə... Bir xanımdır. Subay kişilər üçün potensial sevgili, evlilər üçün məşuqədir, bəziləri üçün işdəki xidməti sevgi macərasıdır. İş yoldaşı qadındırsa, təxəyyül də fərqli olur. Ən əsası düşünürlər ki, savadsız, təcrübəsizdir, işi bilmir və görə bilməyəcək, hökmən kömək etmək lazımdır. Yəni guya qadının qadın işi var, kişilərin arasında nə işi var... Ələlxüsus da rəhbər vəzifələrdə... İş yoldaşı həm də ehtiyat variantdır.

Uşaqlarımın anası - adətən leqal, qeyri-leqal münasibətdə olan qadındır, uşaqlarının anasıdır. Onunla sırf uşaqlarının anası olduğuna görə ünsiyyətdədir, yaşayır, ona görə ona dözür. Əslində ehtiyat variantlar var. Məsələn, bir neçə ailə saxlamaq məharəti olan kişilərimiz. Ən pis halda, ehtiyat variantda olanlardan bir şey çıxmazsa, dönməyə yeri var, uşaqlara görə uşaqlarının anası hər şeyi bağışlayacaq. Çünki ondan asılıdır.

Məşuqə - hər bir kişinin arzusu, arzularının qadını... Hərtərəfli məqsəd və təyinatlıdır. Məşuqə məşğul etməlidir kişini hər mənada. Bəzən tənha olurlar, bəzən onların da həyatında ehtiyat kişilər olur. Mədəni və qanuni fahişələr kimi...

Civi - ailəsi olmayan, olan və ya bakirə olmayan qadındır, sırf tutmaq, əylənmək və vaxt keçirtmək məqsəd və təyinatına malikdirlər. Civilər qısamüddətli münasibət üçündürlər. Qeyri-ciddi münasibətin oyunçusudurlar. Kişilərin seksual fantaziya və istəklərini gerçəkləşdirmək üçündürlər. Onlarla məzələnmək, mırt tutmaq olar. Bəzən tənha qadınlar olur, bəzən isə yox.

Gəlin - ailəli qadındır. Ərindən savayı ehtiyatında kişi var. Ərindən küsəndə, dalaşanda, depressiyada olanda, kişi axtardığı zaman ehtiyat variantı axtaran kişiylə rastlaşırlar.

Xarakter və tiplərinə görə isə qadınları aşağıdakı tiplərə bölürlər:

Əfəl, mədəni, sakit

İntellektual, müasir, işgüzar, ağıllı

Bisavad və maraqsız

Evdar

Pul və maddiyyat, status, hədiyyə düşgünü

Günel Fərhadqızı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.