Qəbir daşları neçəyə başa gəlir? - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sadə məzar daşını 300-400 manata, mərmərlə olan məzar daşını isə min -min beş yüz manat arasında hazırlayırlar. Gördüklər işi ən geci 1 həftəyə başa çatdırırlar. Söhbət məzar daşları hazırlayan ustalardan gedir. Əməkdaşlarımız həm paytaxda , həm də bölgələrdə hazırlanan baş və sinə daşlarının qiymətləri ilə maraqlanıblar. Məlum olub ki, bölgələrdə məzar daşı təxminən 30 faiz daha ucuz qiymətə başa gəlir. Baş daşları arasında ən bahalısı isə qranit hesab olunur.
Gördükləri işə xüsusi diqqətlə yanaşırlar. Ani səhv onların işini hər an korlaya bilər.
Söhbət qəbir daşları hazırlayan ustalardan gedir. Onların iş fəaliyyəti ilə maraqlandıq. Tahir Əliyev 20 ildən çoxdur ki, paytaxtdakı sexlərin birində bu işlə məşğuldur.
Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, sadə qəbir daşları əsasən Qazax, Daşkəsən və digər rayonlardan gətirilir. Ustalar deyir ki, Qaradağda bir neçə cür daşlar çıxır ki, Onlardan da Gülbax və Şaxqaya adlı daşlar daha keyfiyyətli olur. Mərmərlər isə, əsasən Ukrayna, Hindistan və Çindən gətirilir.
Qəbir daşlarının qiymətinə gəldikdə isə ,bu ölçüdən və üzərində aparılan işlərdən aslı olaraq dəyişir. Mərmər daş xaricdən gətirildiyi üçün digərlərinə nisbətə baha qiymətə satılır. Daşlara şeir və müxtəlif sözlərin yazdırılması işi isə pulsuz görülür.
Bölgələrdə isə qəbir daşları Bakı ilə müqayisədə 25-30 faiz daha ucuzdur. Məsələn, Tovuzda sadə daşlardan hazırlanan baş və sinə daşları 250-300 manata satılır.
Cəlilabatda isə ağ lay daşından hazırlanan baş daşının qiyməti 500 manatdır. Mərəmərdən olan baş daşılarının qiyməti isə, 1000 manatdan yuxarıdır.
Baş daşıları arasında ən bahalısı isə Qranit hesab olunur. Qranitdən olan standart baş daşının qiyməti 1500 AZN təşkil edir.Əgər qəbirin sinə daşı da eyni daşdan hazırlanarsa onda qiymət iki dəfəyə kimi qalxır 3000 manat. Baş daşı üzərinə çəkilən rəngli şəkilin qiyməti isə ayrılıqda müştəriyə 150 manata başa gəlir.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
-
Nizami Gəncəvinin abidəsi təhqir olundu - VİDEO
-
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
-
Tramp İranla razılaşmanın şərtlərini sərtləşdirib
-
"Arsenal" yeni qapıçı hədəfə aldı
-
Overçuk: “Ermənistanın heç vaxt Rusiyadan başqa qazı olmayacaq”
-
Fransada saxlanılanların sayı 780 nəfərə çatıb
-
Enrike ilə bağlı qərar verildi
-
Bu cür öskürək ürək xəstəliklərindən xəbər verirmiş
-
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
-
Saleh Bağırov müğənni haqqında: Olduqca təhlükəli və əxlaqdan bixəbərdir
-
Bərdədə ağır qəza - 10 nəfər xəsarət alıb - YENİLƏNİB
-
Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir
-
Zirə 5 futbolçu ilə yollarını ayırdı
-
UEFA ölkə klub əmsalları cədvəli yenilənib
-
Cüdoçumuz Avropada qızıl medal qazandı
-
Meteohəssas insanların NƏZƏRİNƏ
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
PSJ görün neçə milyon pul qazanıb
-
Xameneinin dəfn mərasiminə hazırlıq başladı
-
Britaniyanın xarici işlər naziri Çinə gedəcək
-
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib - FOTO
-
"Makedon" vəfat etdi
-
Rusiya “Oreşnik”i bu əraziyə yerləşdirdi







