Cəmiyyət

Təzə Pir məscidi ölünü 50 manata yuyur - Elan

21 Sentyabr 2016 13:43
4 Şərh     Baxış: 3 366
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təzə Pir məscidində yuyucuxanalardan istifadə qiymətləri yayılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, sosial şəbəkə istifadəçilərindən birinin paylaşdığı elanda məscidin xidmətləri yer alıb.
 
Məsciddə mərhumun (mərhumənin) yuyulması 50 AZN-dir. Bura kəfən istifadəsi, sidr-kafir, pambıq və kommunal xərclər daxildir.
 
Meyitxanada fəaliyyət göstərən meyit saxlama kamerasının bir günlük xərci isə 20 manatdır.
 
Elanda cənazə namazının pulsuz olduğu qeyd edilib.
 
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Nazirlər Kabinetinə təqdim etdiyi "Məzar yerləri və məzarlıqlar haqqında" qərar layihəsində dəfn xərclərinin dəfn üçün müavinətin məbləğindən artıq olmamasını təklif edib.
 
Buraya torpağın ayrılması, qəbrin qazılması, dəfn olunma və abidənin qoyulmasından ibarətdir. Əgər vəfat etmiş şəxsin iş yeri varsa, dəfn pulu dediyimiz vəsait onun iş yerindən verilir. Əgər ölən təqaüdçüdürsə, həmin vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir. Təklifdə torpağın pulsuz olması nəzərdə tutulub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.