Yeni əməliyyat qalmaqalında adı hallanan həkim iddialara cavab verib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"NewMed" klinikasında cərrah Bariz Zeynalov Svetlana Əliyevanın əməliyyatdan sonra ölümü ilə bağlı ona qarşı qaldırılan iddiaya cavab verib.
Milli.Az xəbər verir ki, B.Zeynalov Trend-ə açıqlamasında bildirib ki, şəkərli xəstə, həm də birtərfli iflic olmuş S.Əliyeva "NewMed" klinikasına "mexaniki sarılıq" diaqnozu ilə daxil olub: "Bu, o deməkdir ki, xəstənin öd axarının ağzı tutulub. Ödün axarları isə bağırsağa deyil, qana axırdı, yəni qanı zəhərləyirdi. Martın 31-də S.Əliyevanı əməliyyat etdim. Əməliyyat zamanı gördüm ki, onun öd kisəsi çox büzüşüb, mədəsində isə şiş var. Həmin şiş onun ödünün axarının ağzını tutmuşdu. Mən xəstənin mədəsində şişin olması barədə övladlarına məlumat verdim. Onlar buna razılıq verdikdən sonra şişi-mədənin bir hissəsini götürdüm, ödün isə götürülməsinə ehtiyac olmadı, çünki şişi götürməklə öd axarının da ağzı açıldı".
Cərrah deyib ki, əməliyyatdan sonra mədədən götürülən materialı analiz üçün Tibb Universitetinin Onkologiya Klinikasına göndərib. Klinika xəstədə şişin olduğunu təsdiqləyib. Bundan sonra başqa bir klinika da xəstədə şişin olduğunu təsdiqləyib: "Amma S.Əliyevanın uşaqları analizin cavabını gizlədirdilər. Deyirlər ki, sən bizi aldadırsan, anamızda xərçəng yoxdur. Mən də demişəm ki, ananıza xərçəngə görə kimyəvi müalicə lazımdır. Lakin onlar bunları qəbul etmirlər, klinikanın rəhbərliyini şantaj edirlər".
B. Zeynalov xəstənin keçirdiyi əməliyyatdan sonra tam normal olduğunu, xəstəxanadan çıxarkən bütün analiz göstəricilərinin də normaya uyğun olduğunu söyləyib: "Onlar klinikadan xəstəni aparanda kağız da yazdılar ki, xəstəmizi klinikadan stabil vəziyyətdə aparırıq, bütün məsuliyyət öz boynumuzdadır. Amma təxminən iki aydan sonra 5-6 nəfər bunları ortaya salıb ki, gərək bunun ödü də çıxarılaydı.Onlar analarını ehtiyac olmadan yenə də Gürcüstana apararaq təkrar əməliyyat etdiriblər. Gürcüstandan qayıdandan sonra xəstədə yenidən sarılıq başlayıb. Mənim keçirdiyim əməliyyatdan 1-2 ay sonra deyil, 5 ay sonra qadın dünyasını dəyişib. Buna görə də məni günahlandırmaqları düzgün deyil".
B.Zeynalov əməliyyata içkili halda daxil olması ilə bağlı deyilənləri iftira adlandırıb. O, 35 illik həkim fəaliyyəti dövründə heç zaman içkili vəziyyətdə əməliyyata daxil olmadığını söyləyib.
B.Zeynalov qarşı tərəfin iddiası ilə Nərimanov rayon Prokurorluğunda araşdırma aparıldığını da bildirb.
Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, hadisə ilə əlaqədar nazirliyə müraciət daxil olmayıb. Buna görə də bununla bağlı hər hansı araşdırma aparılmır.
Qeyd edək ki, S.Əliyevanın qızı Samirə Mirzəyeva B. Zeynalovun əməliyyata içkili vəziyyətdə daxil olduğunu, həkimin anasının mədəsini onlara xəbərdarlıq etmədən kəsdiyini, anasının mədəsində şiş olmadığını iddia edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Nizami Gəncəvinin abidəsi təhqir olundu - VİDEO
-
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
-
Tramp İranla razılaşmanın şərtlərini sərtləşdirib
-
"Arsenal" yeni qapıçı hədəfə aldı
-
Overçuk: “Ermənistanın heç vaxt Rusiyadan başqa qazı olmayacaq”
-
Fransada saxlanılanların sayı 780 nəfərə çatıb
-
Enrike ilə bağlı qərar verildi
-
Bu cür öskürək ürək xəstəliklərindən xəbər verirmiş
-
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
-
Saleh Bağırov müğənni haqqında: Olduqca təhlükəli və əxlaqdan bixəbərdir
-
Bərdədə ağır qəza - 10 nəfər xəsarət alıb - YENİLƏNİB
-
Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir
-
Zirə 5 futbolçu ilə yollarını ayırdı
-
UEFA ölkə klub əmsalları cədvəli yenilənib
-
Cüdoçumuz Avropada qızıl medal qazandı
-
Meteohəssas insanların NƏZƏRİNƏ
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
PSJ görün neçə milyon pul qazanıb
-
Xameneinin dəfn mərasiminə hazırlıq başladı
-
Britaniyanın xarici işlər naziri Çinə gedəcək
-
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib - FOTO
-
"Makedon" vəfat etdi
-
Rusiya “Oreşnik”i bu əraziyə yerləşdirdi
-
Bakıda ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək





