Cəmiyyət

Hərbi xidmətdən möhlət hüququ verilməsi Milli Məclisdə müzakirə olunur

30 Aprel 2011 12:46
Baxış: 410
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Magistratura və doktoranturada təhsilini davam etdirmək istəyənlərə hərbi xidmətdən möhlət hüququ verilməsi üçün Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinə müraciətlər daxil olub. Hazırda məsələ işçi qrupu səviyyəsində nəzərdən keçirilir. AzərTAc-ın məlumatına görə, bunu Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib.

Zahid Oruc bildirib ki, "Hərbi xidmətə çağırışın əsasları haqqında" Qanuna edilmiş dəyişikliyə əsasən, magistratura və doktoranturada təhsilini davam etdirmək istəyənlərə hərbi xidmətdən möhlət hüququ verilməməsi elmin inkişafında problemlər yaradır: "Hərbi xidmətə görə təhsilini davam etdirə bilməyən oğlanların əksəriyyəti elm sahəsindən yayınırlar. Faktiki olaraq bu gün ali təhsil müəssisələrinin magistratura pilləsində təhsillərini davam etdirənlərin 75 faizini qızlar təşkil edir. Qızların isə böyük əksəriyyəti ailə qurduqdan və ya digər səbəblərdən lazımi qədər elmin inkişafı ilə məşğul ola bilmirlər. Yaranmış problem ali təhsil və elm mərkəzlərinin ciddi narahatçılığına səbəb olub. Ona görə də qanunvericiliyə dəyişiklik edilməsi üçün müvafiq dövlət qurumlarına müraciətlər edilib".

"Komitəyə də bununla bağlı müraciətlər daxil olub. Milli Məclisdə həmin sənədlər bir daha diqqətlə öyrənilir, işçi qrupu səviyyəsində müzakirələr gedir", - deyən Komitə üzvü bildirib ki, elmin özü də təhlükəsizliyin mühüm komponentlərindən biridir və ona görə bu sahəyə hərbi sahə qədər diqqət yetirilməlidir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.