Cəmiyyət

Qaz kəsildikdə sayğaç koda düşür - qarşısını necə almaq olar? - VİDEO

1 Sentyabr 2016 21:07
6 Şərh     Baxış: 10 231
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda smartkart tipli qaz sayğacının quraşdırıldığı bir evə qazın verilişinin bir neçə saatlıq dayandırıldığından sayğac koda düşüb. "Azəriqaz"-dan isə bildirilir ki, vətəndaş sayğacının koda düşməsini istəmirsə qazın verilişi dayanan kimi qaz sayğacına gələn borunu bağlamalıdır.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, qaz kəsildikdən sonra sayğacın koda düşmə hallarının çox olduğunu deyən "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbalayev deyir ki, bunun qarşısını almaq üçün abonentlər qaz verilişi dayandırıldıqdan sonra sayğaca gələn borudakı kran mütləq bağlamalıdır ki, belə hal yaşanmasın.

Koda düşmüş sayğacın açılması da çox sadədir. Bunun üçün vətəndaş sayğacın balansını 1 manat artırmalıdır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qaz kəsildikdə sayğaç koda düşür - qarşısını necə almaq olar?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.