Falçılar “facebook”da hegemonluğa başlayıblar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Fala inanma, faldan da qalma" prinsipi ilə taleyini öyrənmək üçün falçılara üz tutanlar az deyil. Falçıların fırıldaqçılıqla məşğul olması, insanlara vəd verib külli miqdarda pul tələb etməsi kimi hallar dəfələrlə ictimaiyyətə açıqlanıb. Lakin bəziləri falçının onların gələcəyi ilə bağlı fikirlərinə daha çox önəm verir.
Bunun üçün əlində olan son pulu belə falçıya verməkdən vaz keçmir, yetər ki, istədiyi sözü falçıdan eşitsin.
Bəllidir ki, əvvəllər metro keçidləri, yolların kənarındakı divarlarda və ya iaşə obyektlərində falçı, baxıcı və ya cadugərlərin reklamına tez-tez rast gəlmək olurdu. Ancaq indi falçılar da müasirləşərək öz reklamını sosial şəbəkə üzərindən aparır. Bu gün "facebook" səhifəsində onlarla baxıcının reklamı yayılır.
"Cadugər, baxıcı, ekstrasens qəbulu" adlı sosial şəbəkə istifadəçisi bu adla falçılıqla məşğul olur. O öz səhifəsində bunları qeyd edib:
"1. Küsənləri barışdırıram.
Ayrılanları birləşdirirəm.
Sevənləri qovuşdururam.
Uzaqda olanları qovuşdururam.
Boşananları geri qaytarıram.
İstədiyin oğlanı sənə bağlayıram.
İstədiyin qızı sənə bağlayıram.
Arzu olunmayan cütlükləri ayırıram.
Arzu olunmayan sevgililəri ayırıram.
Pis niyyətlə olunan caduları təmizləyirəm.
Sizi ayırmaq istəyənləri pis günə qoyuram.
Düşmənlərinizin yolunu bağlayıram.
Bəxti bağlı olanların bəxtini açıram.
Yolu bağlı olanların yolunu açıram.
Səfərə çıxarkən uğur qazanmağınızı təmin edirəm.
Başladığınız işlərdə uğur qazanmağınızı təmin edirəm.
Qazanc və bərəkətinizin artmasını təmin edirəm.
Sıxıntılarınızın aradan qalxmasını təmin edirəm.
Sizə olan diqqət və qayğının artmasını təmin edirəm.
Məhkəmə işlərinin sizin xeyrinizə həll olunmasını təmin edirəm.
İmtahanlarda uğur qazanmağınızı təmin edirəm.
Bütün problemlərə görə müraciət edə bilərsiniz.
Təbii ki, bir az xərci olacaq.
Baxmaq 10 manat, cadu minimum 50 manatdan başlayır.
Qiymət işə görə dəyişir. Əlaqə saxlamaq istəyənlər "inbox"a yazsın. Dostluq atmağı da unutmayın. Onda mesajınız tez cavablanar.
Sizə də köməyim dəysə, şad olaram!
WhatsApp: (055) ..." .
"Falçı Baba" adlı baxıcı öz səhifəsində qeyd edir ki, o baxıcıdır və hər cür dualar yazır: "Hər cür dualar yazıram, hər dərdə çarə tapıram".
"Falçı Katya" adlı istifadəçi isə ona yalnız qadınların müraciət etməsini qeyd edir: "Oğlanlar yazmasın, ailəli, sadəcə ciddi baxdırmaq istəyən xanımlar müraciət etsin. Ətraflı baxıram, məni tanıyanlar bilir ki, düz deyirəm. Ödəniş isə çox ucuzdur".
Qeyd edək ki, falçılıq islam dinində ən böyük günahlardan hesab olunur.
Milli.Az bildirir ki, sosioloq Əhməd Qəşəmoğlu "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, öncədən görmək bacarığının olduğunu bildirən şəxslər son zamanlar çoxalıb: "Falçı və ya cadugərlərə müraciət edəcək insanlar hər zaman olub və olacaq da. Falçılar əvvəllər televiziya vasitəsilə özlərini reklam edirdi. Daha sonra bu, ciddi tənqid hədəfi olduqdan sonra televiziyalarda bunların reklamı dayandı. Cadugərlar çıxış yolunu sosial şəbəkədə tapıb. Sosial şəbəkələrə nəzarətin olmamasına görə kim nə istəyir yaza və yaya bilir. Təbii ki, avam insanlar da falçıların qurbanına çevrilir".
Həmsöhbətimizin sözlərinə görə, islam dini falçılığı qadağan edir. Falçılar, fırıldaqçı və ya qabiliyyətli olmasından asılı olmayaraq, cəmiyyət üçün ziyanlıdır və insanlara ancaq zərər verir:
"Burada da iki cür hadisə baş verir. Falçı dediyimiz adamların bir qisminin insanların energetik sistemlərinə daxilolma qabiliyyəti var. Onların hamısını fırıldaqçı adlandıra bilmərik. Amma falçılar bir şeyi 30 faiz bacarırsa, 70 faizi uydurmadır. Energetik qabiliyyəti olan falçılar insanların energetik dalğalarına daxil ola bilir. Onların arasında çox naşı olanları var ki, insanların energetik dalğalarına daxil olarkən orada bir çox şeyləri pozur. Biri gedir özünə "uğur duası" yazdırır. Amma bilmir ki, onu yazan adam qabiliyyətlidirsə, energetik sistemə daxil olan zaman uğur üçün bir şeyi düzəldəndə, 10 şeyi də korlayır. Müvəqqəti nəsə yaxşı ola bilər, amma sonra heç də elə olmur. O biri tərəfdən, falçıların çox hissəsi fırıldaqçıdır. Bəzilərində şizofreniya xəstəliyi var. Onlar elə bilir ki, insanları həqiqətən müalicə edə bilər. Dində falçıların işi şeytan əməli olaraq qiymətləndirilir. Falçıların bir qismi fırıldaqçıdır, qalanları isə insana neqativ enerji verir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tofiq Paşayeva ağır itki
-
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
-
Bakının bu ərazilərində ilanlar AKTİVLƏŞİB
-
Meteohəssas insanların DİQQƏTİNƏ
-
Tiflisdə Azərbaycan vətəndaşı saxlanıldı
-
“Azərbaycanlı qadınlar ölkəmizə eşq məsələləri üçün GƏLMƏYİBLƏR" - VİDEO
XƏBƏR LENTİ
-
Kabab sevənlər oxusun
-
Tofiq Paşayeva ağır itki
-
“Bu, İsrail üçün tələyə çevrilib”
-
SEPAH ABŞ-yə ultimatum verdi
-
Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycanın suverenliyinə və Cənubi Qafqazda sülh prosesinə qarşı siyasi təxribatdır - Bəyanat
-
Starmer də İrəvana gəldi
-
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
-
ABŞ hərbçiləri bu ölkədə itkin düşdülər
-
Bakının bu ərazilərində ilanlar AKTİVLƏŞİB
-
Təyyarə qəzasında piklbol komandasının bütün heyəti həlak olub
-
Zelenski İrəvana səfər etdi
-
Meteohəssas insanların DİQQƏTİNƏ
-
Oktay Çubukun vəziyyəti necədir?
-
Əkiz bacılar DNT testi hər kəsi təəccübləndirdi
-
Bir reklamdan 5 milyon manat qazandı - Rekord
-
Sürücülərin nəzərinə!
-
Belə bərbərxana görmüşdünüz? - Oriental rəqqasələrin müşayəti ilə saç qırxırlar - VİDEO
-
Tiflisdə Azərbaycan vətəndaşı saxlanıldı
-
"Heç öz ad günümdə tort YEMİRƏM"
-
“Azərbaycanlı qadınlar ölkəmizə eşq məsələləri üçün GƏLMƏYİBLƏR" - VİDEO
-
"Real"ın keçmiş ulduzunun son halı ÜZDÜ: Tanınmaz haldadır - FOTOlar
-
Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər - FOTO
-
"Ürəyimi açdım, arxamdan VURDU"
-
Dünya çempionatından əvvəl "ZƏLZƏLƏ": Futbol azarkeşləri ŞOKDA





