Qastrit və xora xəstəliyi zamanı müalicəvi qidalanma
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qastrit və xora xəstəliyi mədə-bağırsaq sistemi xəstəliklərinin arasında birinci yerlər tutur.
Mədə və 12 barmaq bağırsağı xorası çox təhlükəli xəstəlikdir ki, uzun müddət ərzində movcud olan xora mədə və 12 barmaq bağırsağı xərçənginə səbəb ola bilər.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, müasir dərman preparatların köməyi ilə qastrit və xora xəstəliyi çox uğurla müalicə olunur. Lakin müalicədən əlavə bu xəstəliklər zamanı xüsusi qidalanma rejimi də çox böyük müalicəvi rol oynayır. Deyə bilərik ki, xəstə müəyyən pəhriz saxlamazsa, heç bir ən müasir və bahalı dərman preparatı ona kömək edə bilməz və ya bu kömək müvəqqəti olacaq. Bu xəstəliklər zamanı pəhriz daim saxlanılmalıdır. Xəstəliklərin kəskinləşməsi də əksər hallarda məhz pəhrizin pozulması fonunda baş verir.
Əsas qaydalar:
- Bütün qızardılmış, duzlu, istiotlu, hisə verilmiş, marinada qoyulmuş qidalar qidalanmadan tamamilə çıxarılmalıdır.
- Bütün qidalar yalnız suda və buğda bişirilmişməlidir (yağda yox!).
- Qida daha tez-tez və kiçik miqdarlarla qəbul olunmalıdır ki, mədə yüklənməsin.
- Çox isti və çox soyuq qidaları və içkiləri qəbul etmək olmaz. Bu qaydaya hətta tam sağlam insanlar riayət etməlidir. Həm çox soyuq, həm də çox isti qida və içkilər insan sağlamlığına ciddi ziyan vurur.
- Bu kimi qidaları qəbul etmək olmaz: təzə çörək və un məmulatları; çiy meyvə-tərəvəz, giləmeyvə; pendir; turş süd məhsulları; şokolad; tünd çay, qəhvə; ketçup, mayonez və s. souslar; kolbasa və sosis məmulatları; şirniyyatlar (tortlar, pirojnalar).
- Bu kimi qidaların qəbulu tövsiyə olunur:
duru südlü sıyıqlar (manna, yulaf, qarabaşq, düyü),
buğda və ya suda bişirilmiş ət (ət yağlı olmamlıdır), buğda bişirilmiş kotlet,
bişmiş yumurta,
bişmiş kök, kartof, çuğundur,
moruqlu, çiyələkli kisel (kiselin tərkibində olan nişasta qastrit və xora xəstəliyi zamanı müalicəvi təsir edir - mədənin divarlarında qoruyucu qat əmələ gətirir)
süd, qaymaq
südlü kokteyl, südlü çay
kərə yağı və bitki yağları.
Müalicə zamanı xəstə fiziki gərginliklərə məruz qalmamalı, streslərdən uzaq olmalıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ölkə birinciləri oldular (Foto)
-
3 nəfər 400 bal toplayıb, 12 nəfər imtahandan kənarlaşdırılıb
-
AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
-
Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib
-
Təhsil Tələbə Krediti Fondu açıqladı: Kredit alanların 64 faizini qızlar təşkil edir - (Foto)
-
Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi
XƏBƏR LENTİ
-
Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
-
Mətbəx çanağına tökdüyünüz mayelər boruları məhv edir
-
"Mirkamilə görə məni qınayırlar"
-
Messinin atasının vəziyyəti ağırdır
-
Zidanın oğlunun maska ilə oynamasının səbəbi məlum olub
-
"Taşacak bu deniz"də gözlənilməz ayrılıq - (Foto)
-
İlanların aktivlik dövrü başladı: Evinizi və bağınızı sürünənlərdən necə qorumalı?
-
"Səbail"in yeni prezidenti açıqlandı
-
ABŞ və İran sazişi 48 saat ərzində imzalana bilər
-
Günün qoroskopu: Gözlənilməz mənbədən gəlir əldə edə bilərsiniz
-
Ronaldodan antirekord gəldi
-
Ölkə birinciləri oldular (Foto)
-
Obamanın qızlarının son görüntüsü - (Foto)
-
Portuqaliya Konqo DR ilə heç-heçə edib - Yenilənib
-
Mayklın həyat yoldaşının son halı – Foto
-
Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
-
Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi
-
İçərişəhərdə Argentina Bayrağı Gününə həsr olunmuş El Calor en Baku – Azerbaijan Tango Festivalının təntənəli açılışı keçiriləcək
-
Yasamaldakı binaya dəyən ziyanın məbləği açıqlandı
-
Bakının 2 rayonunda qaz kəsiləcək - Yenilənib
-
ABŞ İranla imzalanacaq memorandumun mətnini İsrailə təqdim edib
-
Paytaxt nəqliyyatında kart oxuyucular sıradan çıxdı — Rəsmi qurumdan açıqlama
-
Fərhad Mehdiyev qızının ölümündən danışdı: Nasaz maşını niyə sürürsən axı?!
-
Acunun klubunun xalları silinə bilər





