Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İşıq və qaz pulunu daha az necə ödəməli: borclardan qurtulmağın rahat yolu var?
29 Aprel 2011 09:18
Baxış: 734
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çox güman ki, Seyid Əzim Şirvaninin "Allaha rüşvət" əsəri oxucularımızın yadından çıxmayıb. Əsərin qısa məzmunu belədir; bir müsəlman əyalətində quraqlıqdan əziyyət çəkən kəndlilər gecə-gündüz Allaha yalvarırlar ki, yağış yağdırsın. Yağış isə yağmaq bilmir. Axırda susuzluqdan əkin-biçinin, mal-qaranın tələf olacağını görən kəndlilər qeyri-adi, daha doğrusu, qeyri-ilahi bir üsulla Alahın rəhmini qazanmaq fikrinə düşürlər və adambaşına pul toplayıb pərvərdigara rüşvət təklif edirlər.
Ancaq bu pulu Allaha necə çatdırmalı? Çox götür-qoydan sonra ağıllarına batır ki, pulu sukeçirməz bir şeyə büküb çaya tullasınlar. Belə də edirlər və çox keçməmiş şıdrığı leysan yağır, bütün kəndi sel basır, əkin sahələrini, toyuq-cücəni, qoyun-quzunu yuyub aparır. Kəndlilər bunun səbəbini Allaha göndərdikləri rüşvətin həddindən artıq olmasıyla izah edirlər.
Sözsüz ki, bu əsəri oxuyan adamın nə vaxtsa belə bir hadisənin olmasına inanmağı gəlməz, fikirləşər ki, yəqin, şair uydurmasıdır. Lakin bu günlərdə Səudiyyə Ərəbistanında baş verən olaydan xəbər tutan hər kəsə orta əsrlərdə müsəlman kəndlilərinin Allaha rüşvət verməsi adi hal kimi görünər.
Deməli, bu günlərdə Səudiyyə Ərəbistanının hakimiyyət dairələri buyurublar ki, yağışın yağmasını istəyən camaat ölkə boyunca namaz qılsın. Nöşün ki, qum fırtınalarından sonra Ərəbistan yarmadasını bürüyən tozanaq camaata göz açmağa imkan vermir. Və bütün ölkə eyni vaxta başlayıb yağış xatirinə ibadətə. Allah tərəfi, yağış da yağıb, yəni namazın xeyri olub.
Aclığa qarşı çömçə-qazan danqıltısı
Bu xəbəri oxuyanda yadıma Çin diktatoru Mao Tszedunun əkin sahələrini sərçələrin hücumundan qorumaqdan ötrü verdiyi əmr düşdü. Bir gün Çini kənd təsərrüfat naziri Maoya məruzə edir ki, bəs ağayi Mao, sərçələr bütün sünbülləri dənləyib məhv edirlər. Belə getsə, Çin bu il aclıqdan qırılacaq. Maonu fikir götürür və gecənin bir aləmi əmr verir ki, sabah sübhdən bütün Çin xalqı səfərbər olunsun, böyüklü-kiçikli hamı əlinə bir qazan, bir çömçə götürüb ta günbatanacan danqıldatsın. Beləliklə, bütün Çini danqıltı bürüyür və sərçələr səs-küydən qorxduqlarına görə, ölkə ərazisinə qona bilmədikləri üçün göydəcə uça-uça yorulub ölürlər.
Sözün açığı, Səudiyyə Ərəbistanındakı təklifdə ağlabatan məqamlar çoxdur. Yəni namaz qılmaq vasitəsilə biz də həyatımızda, məişətimizdə xeyli tökülüb-qalan, yaxud cari problemləri həll edə bilərik. Məsələn, səhər işə gedərkən evdən çıxmamış basabasların olmaması diləyir ilə bir-iki rükət namaz qılmaq yetər ki, avtobusda, yaxud metroda hər gün belinə minən kişi və ya xala gözə dəyməsin.
Nəsəpuluyığan qapını döyəndə hara qaçmalı?
Hər ayın axırında işıqpulu namazı qılmağın isə misli bərabəri ola bilməz. Borcu ödəmədiyin üçün elektrik xəttini kəsməyə gələn əlikəlbətinli işıq idarəsinin işçisini namazın təsiri ilə hipnoz edə bilərsən. Qazpulu, supulu, liftpulu namazları da həmçinin. Təsəvvür edin ki, qapı döyülür; gözlükdən baxıb görürsünüz, budur, qoltuğuqovluqlu, əliqələmli, gözüeynəkli bir kişi zühur edib kandarınıza.
O dəqiqə biləcəksiniz ki, nəsəpuluyığandır. Ucadan "Bu dəqiqə açıram deyib" barmaqlarınızın ucunda geri qayıdırsınız və mətbəxtdə eşələnən həyat yoldaşınıza deyirsiniz ki, tez aftafa-ləyəni hazırla, İşıqpulu namazı qılacağam. Məbadə, belə məişət namazını qəzaya saxlayasınız! Elə ki arvad ilıq su və aftafa-ləyən hazırladı, dədə-baba qaydasınca dəstəmaz alıb başlayırsan yaradanla ixtilata.
Doğrudan da, əgər ərəb qardaşlarımız özlərinə lazım olanda namaz qılıb yağış yağdıra, külək əsdirə, canım sənə desin, balıq tuta, quş vura bilirlərsə, biz nə üçün bundan faydalanmayaq. Bəyəm bizim müsəlmanlığımız onlarınkından kəmdir?
Quraqlıq yerləri yağışlı, yağışlı yerləri sərin etməyin yolları
Ümumiyyətlə, nə üçün namazqılmadan yalnız biz müsəlmanlar faydalanmalıyıq, nə üçün bizim bu ilahi münasibətimizin zənginliklərindən bəşər həyatının gözəlləşməsinə bir tövhə düşməsin, nə üçün bu fitri diplomatiyamzla dünyanını yanan barmaqlarına, heç olmasa, ilk tibbi yardım göstərməyək?
Məsələn, təklif edirəm ki, müsəlman ölkələrində könüllü namazqılanlardan ibarət mobil dəstələr yaradılsın və mütəmadi olaraq dünyanın susuzluqdan əziyyət çəkən bölgələrinə xilasedici yürüşlər təşkil olunsun.
İnanıram ki, bizim namazqılanlar cəmi-cümlətanı bir-iki il ərzində Atakama, Saxara kimi ilan mələyən susuz səhraları ekvatorial meşələrdən də yaşıl və keçilməz edə bilər. Milyonlarla pul töküb nəhəng gəmilərlə aysberqləri, bir stəkan sudan ötrü ora-bura sürüməyə nə ehtiyac var? Götürürsən canamazını, möhürünü, təsbehini - gündə, çox demirəm, iyrimi-otuz rükət namaz qılırsan - saxla görüm, selin-suyun qabağını necə saxlayırsan.
Tez-tez Aran bölgəsinin kəndliləri şikayətlənirlər ki, kəndimizə su çəkmək lazımdır. A kişi, bir yolluq başa düşmək lazımdır; susuz kəndə su çəkməklə kənd sulu olmaz. Zəhmət çəkin, gündə bir evnə yığışın məscidə - leysan demirəm, heç olmasa, qara bulud, duman-çən namazı qılın, bircə ilin içində kəndiniz İslandiyaya, Finlandiyaya çevrilməsə, yenə bələdiyyə qalır, siz qalırsınız.
Bir üzünə baxanda, xalqda da günah yoxdur. Bu işdə geniş maarifləndirmə işinə ehtiyac var. Tezliklə yerli mütəxəssisləri Səudiyyə Ərəbistanına ixtisasartırma kurslarına göndərmək lazımdır ki, əhalinin suyla, qazla təminatında köklü dəyişikliklərə nail olaq.
Cəlil Məmmədquluzadənin "Xatiratım" əsərini oxuyanlar yaxşı bilir ki, dədə-babalarımız həyatdakı bütün problemlərini namaz qılmaqla yoluna qoyublar. İndiki müsəlmanlar gündə üç dəfə candərdi namaz qılmaqla, az qala, cənnəti satın almaq istəyirlər. O zamanlar, kişili-arvadlı bütün əhli-müsəlmanlar, gün ərzində, təqribən, iki-üç minə yaxın cürbəcür namazlar qılardılar: pəncganeyi-yomiyyə namazı, ayət namazı, xüsuf namazı, nafilə namazı, xiftən namazı və s.
Şəxsən mən, bu yazını bitirən kimi qonorar namazını qılamağa başladım: "Allahü əkbər, Allahü əkbər, bismillahirrəhmanir-rəhim. Qül hüvallahü əhəd, allahüs-səməd...".
Aqşin Yenisey
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı iyulun 5-də keçiriləcək
-
Novxanı çimərliyində xəndəklər qazılıb:Sürücülərin yolu kəsilib
-
Rayonlarda milyonluq həyat: villaların qiyməti 1 milyon manatı keçir
-
Sabah Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
-
Toxum istehsalında yeni qaydalar tətbiq ediləcək
-
2 saatda 225 litr qan yığıldı
XƏBƏR LENTİ
-
II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı iyulun 5-də keçiriləcək
-
126 ilin ən güclü zəlzələsi: Venesuelada əsrlik rekord qırıldı - (Foto)
-
Qobustanda yol polisindən yayınan sürücü həbs edildi - (Video)
-
Telefonlarda ekran qoruyucuları gözlərə zərər verə bilər
-
Novxanı çimərliyində xəndəklər qazılıb:Sürücülərin yolu kəsilib
-
Tramp Venesuela zəlzələsi ilə bağlı təcili yardım göstərişi verdi
-
Rayonlarda milyonluq həyat: villaların qiyməti 1 milyon manatı keçir
-
Prezident İlham Əliyev Sloveniya dövlət başçısını təbrik edib
-
“Arzum 999” ləqəbli blogerin məhkəməsi təxirə salındı
-
Türkiyə son oyununa çıxacaq
-
Zirzəmidə gizli sərvət: 71 yaşlı kişi cəmi 40 günə 216 min qazandı - (Foto)
-
Sabah Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
-
Naxçıvanda azyaşlı əlil arabasından yıxılaraq öldü
-
Yaponiyada da 7,2 bal gücündə zəlzələ oldu - Yaralananlar var - (Video)
-
ABB kartlarından silininən pullar geri qayıtdı
-
Almaniyada pensiya yaşı 70-ə qaldırılır
-
Futbol üzrə növbəti dünya çempionatı Azərbaycanda keçiriləcək
-
Toxum istehsalında yeni qaydalar tətbiq ediləcək
-
2 saatda 225 litr qan yığıldı
-
Qaradağda fəhlə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib
-
Cəbhə arxasında müharibə: Ukrayna Rusiyanın logistikasını hədəfə alır
-
1998-ci il qanunu ləğv olunur: Balıqçılıq sahəsində yeni qaydalar
-
Bilgəhdə dənizdə batan gəncin meyiti tapıldı
-
Astarada 60 yaşlı kişi mağazada öldü