Hesab günündə hesab verməyən insanlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnsanların bəzisi hesab vermədən behiştə daxil olarlar. Bu insanlar Qiyamət günü hesab verməkdən azaddırlar. Bəs necə edək ki, biz də onlardan olaq?
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu insanlar - Allahın əziz bəndələridirlər və İlahi dərgahın xüsusi insanlarıdırlar. Bu insanlar Allahın xalis bəndələridirlər.
Muxlislə muxləsin fərqi nədir?
Quranda ixlas əhli gah muxlis və gah da muxləs adı ilə adlandırılmışdır. O bəndə ki, ibadətini Allaha yaxınlaşmaq, behiştin saraylarına, bağlarına çatmaq üçün yerinə yetirər - muxlis hesab edilər. Bu insan şirk və riya deyil, məhz ixlası ilə belə bir ibadət etmişdir.
Ancaq bəzi bəndələr vardır ki, Allaha ibadətdə nəinki nemətləri görmürlər, hətta özlərini belə unudurlar. Bu cür insan - muxləsdir.Birincisi ibadətini Allaha görə xalis etmişdir, ikinci isə ibadəti ilə yanaşı, özünü də xalis etmişdir.
"Onların Rəbbi yanındakı mükafatları (evlərinin və ağaclarının) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Bu (mükafat) öz Rəbbindən qorxan kəslər üçündür". ("Bəyyinə" 8). Bu ayə muxlislərə aiddir.
"Biz onları axirət evinin fikrində (qərq) olmaqdan ibarət saflıq və xalislik sifəti ilə seçdik". ("Sad" 46). Bu ayə isə muxləslərə aiddir.
Quran ayələrinə görə xulus vadisinin paklarının beş bariz sifəti vardır.
1. İblisin onlarla işi yoxdur və onlar şeytanı öz hərəmlərinə daxil etmirlər. Ürfan əhlinin dili ilə desək, nəfsin Qiyaməti onlarda yoxdur. Quranda şeytanın dili ilə deyilir: "Onların arasından Sənin (ruh və bədənlərini küfr və günah çirkinliyindən təmizlədiyin) xalis və seçilmiş bəndələrin istisna olmaqla". ("Sad" 83).
2. Allahı olduğu kimi vəsf və sina edərlər və özlərindən savayı heç kəs onlara yardım edə bilməz. "Allah onların sadaladıqları sifətlərdən (şəriki olmaqdan, törəmək və cinlərlə qohum olmaqdan) pak (və uzaq)dır. Allahın xalis və seçilmiş bəndələri(nin Onun üçün sadaladıqları digər sifətlər) istisnadır". ("Saffat" 159-160).
3. Əgər Allah Qiyamət günü hamı ilə ədalətlə rəftar edərsə, onlarla xüsusi lütfi və fəzli ilə rəftar edər. "Və yalnız (dünyada) etdiyiniz əməllərinizə görə cəzalanarsınız (və yalnız əqidələriniz və əməllərinizin eynilə təcəssümü ilə cəzalanarsınız). (Hamısı cəzanı dadacaqlar), yalnız Allahın ixlaslı və seçilmiş bəndələrindən başqa". ("Saffat" 39-40).
4. Dünyada öz hesablarını çəkdikləri üçün Qiyamət günü hesabdan, tərəzidən azad olarlar. "Şübhəsiz onlar (Qiyamət günü hesab və əzab üçün) hüzura gətiriləcəklər.
Allahın paklaşdırılmış və seçilmiş bəndələri istisna olmaqla!". ("Saffat" 127-128).
5. Onlar Aləmlərin Rəbbinin sayəsində ismət məqamına çatıblar. "Biz belə etdik ki, pisliyi (adam öldürməyi) və zina (ittihamı)nı ondan sovuşduraq. Həqiqətən o bizim seçilmiş bəndələrimizdən idi". ("Yusif" 24).
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xırdalanda biabırçı mənzərə ürək bulandırdı - FOTO
-
Şəkinin iki kəndində qaz kəsiləcək
-
Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama
-
Ölkəmizdə Ebola riski varmı? - Rəsmi açıqlama
-
“Daçnik”də istirahət edənlərə vacib XƏBƏRDARLIQ
-
Bakıda taksi parkları satışa çıxarılır - Taksiyə maraq niyə azalıb?
XƏBƏR LENTİ
-
ABŞ-İran gərginliyi fonunda Trampdan mühüm mesaj
-
Xırdalanda biabırçı mənzərə ürək bulandırdı - FOTO
-
İlham Əliyev Donald Tramp tərəfindən daha əvvəl təqdim edilmiş xatirə hədiyyəsini Kaleb Orra göstərib - VİDEO
-
Toralın transfer olunduğu "Bursaspor"un milyonlarla borcu var
-
"Kızılcık şerbeti"ndə yeni aktrisa - FOTO
-
Millimizin üzvünə Avropadan yüksək maaşlı təklif gəlib
-
Nəvəsi ilə FOTOlar paylaşdı
-
Şəkinin iki kəndində qaz kəsiləcək
-
37 yaşlı kişi bıçaqlandı - Qaynı saxlanıldı
-
Bakıda qayınata gəlinini öldürüb
-
"Enerji sahəsində əməkdaşlığa dair" Bakı Bəyannaməsi qəbul edilib
-
Röya bayramda onlarla bir araya gəldi - VİDEO
-
Marneuli Meriyası Nizami Gəncəvinin abidəsinə zərər vurulmasını sərt qınadı
-
Şumaxerin qardaşı həmcinsi ilə evləndi - Fotolar
-
Azərbaycanda sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama
-
Ölkəmizdə Ebola riski varmı? - Rəsmi açıqlama
-
Tanınmış müğənni konsertini yarımçıq qoyub səhnəni tərk etdi
-
“Daçnik”də istirahət edənlərə vacib XƏBƏRDARLIQ
-
Bakıda taksi parkları satışa çıxarılır - Taksiyə maraq niyə azalıb?
-
Ayağı amputasiya edilən "Survivor" yarışmaçısının son halı - FOTO
-
1715-ci ilin Quarneri skripkası Elvin Hoca Qəniyevin sehrli əllərində – Bakıda möhtəşəm musiqi axşamı - VİDEO - FOTO
-
Bakıda 5001 qızıl gül kimə verilib? - VİDEO





