Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mətbuat Şurası dörd qəzetə xəbərdarlıq edib
22 Aprel 2011 17:43
Baxış: 202
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şuradan Milli.Az xəbər portalına daxil olan məlumata görə, iclasda dörd qəzetlə bağlı müraciətlərə baxılıb. Əvvəlcə Göygöl Rayon Mərkəzi Xəstəxanasının "Azərbaycan cəmiyyəti" qəzetinin 10 mart 2011-ci il tarixli sayında bu səhiyyə müəssisəsi barədə gedən yazı ilə əlaqədar şikayəti araşdırılıb. Komissiya üzvləri rəyə gəliblər ki, məqalədəki dil, üslub, korrektura xətalarının mövcudluğu, konkret faktların ümumi mülahizələrlə əvəzlənməsi, şantaj və təhdid xarakterli fikirlərin qabardılması, materialın dərc olunduğu sayın poçt vasitəsilə qarşı tərəfə çatdırılması burada etik prinsiplərə ciddi sayğısızlığın əlamətidir. Yazıda "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın əksər bəndlərinin tələblərinə sayğısızlıqla yanaşıldığını müəyyənləşdirən komissiyanın rəyində bir neçə məqam yer alıb. Vurğulanıb ki, "Azərbaycan cəmiyyəti" qəzeti bu cür materialların təqdimatını dayandırmalı, ifrata varmaqdan uzaq durmalı, insanın şərəf və ləyaqətinin təhqirinə yönələn fikirlər yaymamalıdır. Komissiya qəzetə Mətbuat Şurasının xəbərdarlığının elan edilməsi barədə rəy çıxarıb. Rəydə həmçinin nəşrin qarşı tərəfdən - Göygöl Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hamlet Ömərovdan üzr istəməsi, növbəti sayda təkzib verməsi də əksini tapıb.
Komissiya "Ağdam" qəzetinə də MŞ-nin xəbərdarlığının elan olunmasını məqsədəuyğun sayıb. Bununla bağlı rəydə bildirilib ki, hər hansı şəxs barədə məhkəmə hökmünün olması jurnalistə, yaxud kütləvi informasiya vasitəsi rəhbərinə yazılarında onun haqqında jarqon ifadələr, ifrat fikirlər qələmə almasına əsaslar vermir. Tənqidlə qəzəb, satira ilə şəxsin aşağılanması, şərəf və ləyaqətinin təhqiri qarışdırılmamalıdır. İclasda vurğulanıb ki, Bəxşeyiş Hətəmovun rəhbəri olduğu "Ağdam" qəzeti də bütün bunlara riayət etməli, Şuranın xəbərdarlığından lazımi nəticə çıxarmalıdır. Ona görə də komissiya qəzetin təsisçilərindən olan Ağdam Rayon İcra Hakimiyyətinə bu barədə MŞ-nin məktubunun ünvanlanmasını məntiqi hesab edib.
Sonra komissiya üzvləri Bakı şəhər sakini, iş adamı Tural Məmmədovun internetdə yerləşdirdiyi elanın onun razılığı olmadan iki dəfə "İşgüzar" qəzetində verilməsi və bununla əlaqədar üzləşdiyi narahatlıqlarla bağlı Şuraya müraciətini araşdırıb. Qəzet rəhbərliyinin nəzərinə çatdırılıb ki, bu ciddi qüsurdur və nəşr gələcək fəaliyyətində belə halların təkrarlanmasına imkan verməməlidir. Qəzetin baş redaktoru Samir Vəliyev də iradlarla razılaşıb. O, "İşgüzar"ın şikayətçidən üzr istənildiyi, təkzib verildiyi sayını komissiya üzvlərinə təqdim edib. Məsələ bununla da həllini tapmış sayılıb.
Bakı şəhər sakini, iş adamı Ceyhun Paşayevin "Yeni səhər" qəzeti barədə şikayəti də tərəflər arasında anlaşma əldə olunması ilə yekunlaşıb. Lakin KİV rəhbərinin nəzərinə çatdırılıb ki, öhdəsindəki mətbu nəşrin adından şəxsi məqsədlər üçün istifadə yolverilməzdir. Belə hallara bir daha yol verilərsə, "Yeni səhər" barədə ciddi ölçü götürüləcək.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Arif Mirzəyev vəfat etdi
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - (Video)
-
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - (Foto)
-
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - (Foto)
-
Aslan Fətullayevin dəfn yeri açıqlandı
-
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
XƏBƏR LENTİ
-
“Dostları ərimi xəyanətə təşviq edirlər…” - Yasemin Sakallıoğlu
-
16 min nəfərin yuxusu araşdırıldı - telefonlar yuxumuza niyə girmir?
-
Köhnə kompüter monitorunu televizora çevirmək üçün sadə və ucuz üsul
-
Nə yulaf, nə qranola: Qatığa bir qaşıq əlavə edənlərin bağırsağı mühərrik kimi işləyir
-
“Oktay Kaynarca ilə görüşməli idim...” - Pərvin Abıyeva
-
Nə tualet fırçası, nə də zibil qutusu - ən təhlükəli əşya mətbəxdə imiş
-
Şəmkirdə ağır qəza - 2 nəfər ölüb, 1 nəfər yaralanıb
-
Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində 12 Noyabr – Konstitusiya Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü - (Foto)
-
Günün qoroskopu: Qarşı tərəf təkliflərinizə müsbət yanaşacaq
-
Brüs Uillisin dili tutuldu
-
İtaliyada 6300 məktəbə bomba xəbərdarlığı göndərildi
-
Nərmin Abdinova Avropa çempionu oldu
-
Bu yol birbaşa Bakı-Quba və Bakı-Şamaxı magistralına çıxacaq - (Video)
-
Orbanın qardaşı həbs edildi
-
Bakıda iri mağazaların yerləşdiyi küçə yağışa görə iflic oldu - (Video)
-
19 ildən sonra ikinci divizion oyunçusu milli komandaya çağırıldı
-
Tayland turist vergisi tətbiq edəcək
-
Rusiyanın ABŞ-dəki səfiri ölüb
-
“Əgər Yamal yox, Messi olsaydı, həyəcan keçirərdim” - “Sabah”ın futbolçusu
-
Arif Mirzəyev vəfat etdi
-
Kəmaləddin Heydərov Polşa səfirliyində olub, başsağlığı verib - (Foto/Video)
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - (Video)