Cəmiyyət

Özündən 15 yaş böyük qonşusunu bıçaqladı - YENİLƏNİB

14 İyul 2016 13:10
1 Şərh     Baxış: 1 105
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

13:10

Göygöldə gənc özündən 15 yaş böyük qonşusunu bıçaqladı.

Kəpəz TV (Region TV) xəbər verir ki, Göygöl rayonunun Quşqara kəndində bıçaqlanma hadisəsi baş verib. Kənd sakini, 43 yaşlı Rabil Abbasov bədənin müxtəlif nahiyələrindən bıçaq zərbəsi alıb. Yaralı dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat olunan xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir. Göygöl Rayon Polis Şöbəsindən verilən məlumata görə, Rabil Abbasovu şəxsi münasibətlər zəminində qonşusu, 18 yaşlı Ramiz Mehdizadə bıçaqlayıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ramiz Mehdizadə saxlanılıb. Polisdən o da bildirilib ki, 23 avqust 1998-ci il təvəllüdlü Ramiz Mehdizadə yetkinlik yaşına çatmayan şəxs kimi nəzarətə götürülüb. Hələlik qanlı olayın motivi məlum deyil.

Həkim Bəxtiyar Əliyevin sözlərinə görə, xəstə qarının daxilə keçən kəsilmiş-deşilmiş yarası, daxili qanaxma ilə daxil olub: "Təxirəsalınmaz əməliyyat aparılıb. Bu zaman köndələn bağırsağı və mədə tikilib. Hal-hazırda xəstənin vəziyyəti keçirdiyi əməliyyata uyğundur. Müalicə və müayinələr reanimasiya şöbəsində davam etdirilir".

--------

07:20

Göygöldə bıçaqlanma olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Quşqara kənd sakini 1973-cü il təvəllüdlü Rabil Abbasov qarnın kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
 
Əməliyyat edilən R. Abbasovun vəziyyəti orta ağır qiymətləndirilir. R. Abbasovun dediyinə görə o özü özünə bıçaqla xəsarət yetirib.
 
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.