Cəmiyyət

Günün qoroskopu

16 Aprel 2011 05:00
Baxış: 255
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
GÖYLƏRİN  MƏNZƏRƏSİ

16 aprel, şənbə, XIV Ay günü, AY  BƏDR  HALINDADIR. Günəş-Qoçda, Ay-Qızda, Merkuri-Qoçda, Venera-Balıqlarda, Mars-Qoçda, Yupiter- Qoçda, Saturn-Tərəzidə, Uran-Qoçda,Neptun-Dolçada, Pluton- Oğlaqda

MÜNƏCCİM  ÖNCƏGÖRÜMLƏRİ

QOÇ - Səhhətinizin problemlərilə məşğul olmalısınız. Çox oyaq qalmayın, vaxtından əvvəl yatmağa çalışın. Ünsiyyətlərinizdəki problemlərin həlli vaxtı deyil, indi ancaq maliyyə məsələlərini həll etməlisiniz.

BUĞA - Özünüzü güclü hiss edəcəksiniz. Pul olmamasına rəğmən, böyük enerji ilə ətrafınızdakı adamlardan fərqlənəcəksiz. Sizə stimul verən sevgi ünsiyyətlərindəki qarşılıqlı səmimiyyətdir.

ƏKİZLƏR - Özünüzü yoluxucu xəstəliklərdən qoruyun. Yarımçıq qoyduğunuz işləri tamamlamağa çalışın. İndi biznes fəaliyyəti üçün geniş üfüqlər açılıb, istifadə etməlisiniz.

XƏRÇƏNG - Səhhətiniz sizin üçün problem yaratmayacaq. Problem əsas işlərinizdə yarana bilər. Heç kəsin işlərinə qarışmayın, hamı ilə mehriban dolanmağa çalışın. Bu günün problemlərini vaxtında həll etməlisiniz.

ŞİR - Hirsinizi boğmaği bacarın, yoxsa səhhətiniz əziyyət çəkər. Hər sözə, hərəkətə pis yozum verməyin, vəziyyəti bir az da korlaya bilərsiz, indi ünsiyyətləriniz zəifdir. Maddi durumunuzu yaxşılaşdıra bilərsiniz.

QIZ - Dünyaya ən xoş fikirlərlə baxın, bu, sizin həm psixoloji ovqatınıza, həm də səhhətinizə təsirsiz keçməyəcək. Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Təkcə maliyyə məsələlərində köməksiz qalacaqsız.

TƏRƏZİ - Soyuqdəymədən özünüzü qoruyun. Xəstələnmək qorxusunu gerçəkləşdirməyin. Nə qədər çox çalışsanız da, nəzərdə tutduqlarınızı ala bilmirsiz. Heç nədən bir problem meydana çıxır ki, onun həllilə məşğul olursunuz.

ƏQRƏB - Özünüzü gümrah və güclü hiss edəcəksiniz. Qəribə olsa da, ünsiyyətlərinizdə bir problem yoxdur. Əsas işlərinizdə isə heç nədən manelər törəyir. Nə qədər gərgin vəziyyət olsa da,soyuqqanlıqla yola verməlisiniz.

OXATAN - Qəzəb hissini özünüzdən kənarlaşdırın ki,səhhətiniz basqıya məruz qalmasın. Qarşılaşdığınız problemlərin həllinə filosof kimi yanaşın.İndi maddi durumunuza təsir edəcək layihələri gerçəklişdirməyiniz lazımdır.

QĞLAQ - Rahatlıqla keçən bu gün sizin səhhətiniz üçün problem yaratmayacaq. Bununla belə,demək olmaz ki, gün sizin üçün tam mənasında uğurludur. Əsas fəaliyyətinizin işlərini çox çətinliklə gerçəkləşdirirsiz.

DOLÇA - Özünüzü əzgin hiss edəcəksiniz.Həyatın işıqlı tərəflərini xatırlayıb nik-bin ovqatda olmalısız ki,səhhətiniz problem yaratmasın. Bununla belə,fəaliyyəti-nizin məhsuldarlığı ürəklə işləməyə stimul verəcək.

BALIQLAR - Gücünüzü göstərə biləcəksiniz.Səhhətiniz sizin üçün problem yarat-mayacaq. Ünsiyyətlərinizdən həzz alacaqsız. Fəaliyyətinizin əsas səhəsində isə,işlər o qədər də ürəkaçan deyil. Pul gözləməyin.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.