Cəmiyyət

Tərtərdə quduzluq xəstəliyinə yoluxan məcburi köçkün vəfat edib

4 Aprel 2011 20:28
Baxış: 371
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
APA-nın mərhumun qohumlarına istinadən verdiyi məlumata görə, Şuşa rayon sakini, hazırda Tərtər rayonunun Seydimli kəndində məskunlaşan 1973-cü il təvəllüdlü Cabbarov Araz Tapdıq oğlunu 2010-cu ilin dekabr ayında vəhşi çöl heyvanı dişləyib. Həkimə müraciət etməyən A. Cabbarovun səhhətində bir müddət sonra problem yaranıb. Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən xəstə bir neçə gün sonra oradan qaçaraq evə gəlib və ailə üzvlərinin üzərinə hücum edib, ev əşyalarını dağıdıb.

Yaxınları onu növbəti dəfə xəstəxanaya aparıblar. Bərdə Mərkəzi Rayon Xəstəxanadan bildirib ki, A. Cabbarov ötən gün quduzluq xəstəliyinin əlamətləri diaqnozu ilə müəssisəyə daxil olub. Ona müvafiq tibbi yardım göstərilib. Yaxınlarının xahişi ilə A. Cabbarov evə aparılıb və orada vəfat edib.

Qeyd edək ki, 1973-cü il təvəllüdlü Araz Cabbarov 2 uşaq atası olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.