Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çellenc Kubokunun Bakıda keçirilən final oyununu Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da izləyiblər - FOTO
2 Aprel 2011 22:38
Baxış: 669
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aprelin 2-də "Sərhədçi" Olimpiya İdman Mərkəzində Avropa Voleybol Konfederasiyasının qadın voleybol komandaları arasında Çellenc Kuboku yarışlarının final mərhələsinin cavab görüşü keçirilmişdir.
Yarışı Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da izləmişlər.
Turnirin final mərhələsində Azərbaycanın iki komandası - "Azərreyl" və "Lokomotiv" mübarizə aparmışlar. Komandalar arasında martın 29-da keçirilən ilk oyunda "Azərreyl" rəqibini 3:1 hesabı ilə məğlub etmişdir.
Xatırladaq ki, klublarımız Çellenc Kuboku yarışlarında Avropanın güclü komandalarını turnirdən kənarlaşdırmağı bacarmışlar. Belə ki, "Azərreyl" klubu turnirin birinci təsnifat mərhələsində Maltanın "Paola" (3:0, 3:0), ikinci təsnifat mərhələsində Yunanıstanın "Markopoula" (3:0, 3:0), onaltıdabir mərhələdə Yunanıstan "Olimpiakos" (3:0, 3:0), səkkizdəbir mərhələdə Ukraynanın "Ximik" (3:0, 3:0), dörddəbir mərhələdə Finlandiyanın "Salo" (3:2, 3:0), yarımfinalda isə Rusiyanın "Uraloçka" komandasından (3:2, 3:1) üstün olmuşdur.
Finalda mübarizə aparan digər Bakı komandası "Lokomotiv" isə turnirə ikinci təsnifat mərhələsindən qoşulmuş və ilk rəqibi Rusiyanın "Omıçka" komandasını məğlub etmişdir. "Lokomotiv" onaltıdabir final mərhələsində Avstriyanın "A. Linq-Steq" (3:0, 3:0), səkkizdəbir mərhələdə Kiprin "Apollon" (3:0, 3:0), dörddəbir mərhələdə Almaniyanın "Şveriner" (3:0, 3:2), yarımfinalda isə Bakının "İqtisadçı" komandasına (3:0, 3:2) qalib gəlmişdir.
Final oyununu izləmək üçün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Sərhədçi" Olimpiya İdman Mərkəzinə gəldilər. Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.
Tamaşaçılar və idmançılar dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra oyun başladı. Görüşün ilk seti "Azərreyl" voleybolçularının üstünlüyü ilə başa çatdı - 30:28. İkinci hissədə "Lokomotiv" klubu "Azərreyl"dən üstün oldu (22:25) və setlərin hesabı bərabərləşdi. Ardıcıl olaraq iki setdə 25:13 və 25:17 hesablı qələbə qazanan "Azərreyl" klubu turnirin qalibi oldu.
Oyunu baş hakim ukraynalı Mixaylo Melnik, ikinci hakim türkiyəli Bayram Dikmentepe idarə etmişlər.
Sonra təntənəli mükafatlandırma mərasimi oldu.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva idmançıları mükafatlandırmaq üçün arenaya daxil oldular.

Prezident İlham Əliyev "Lokomotiv" klubunun üzvləri və məşqçi heyəti ilə görüşdü.
Daha sonra dövlətimizin başçısı final oyununun ən yaxşı oyunçusu seçilmiş "Azərreyl" komandasının, Azərbaycan yığma komandasının liberosu Valeriya Karatenkonu təbrik etdi.
Avropa Voleybol Konfederasiyasının nümayəndəsi Viorel Manole ən yaxşı oyunçu seçilməsi münasibətilə V.Karatenkoya Kubok təqdim etdi.
Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Vaqif Əliyev Viorel Manole ilə birlikdə "Lokomotiv" klubunun üzvlərinə gümüş medalları təqdim etdilər.
Sonra dövlətimizin başçısı Çellenc Kubokunu qalib komandaya təqdim etdi və voleybolçuları qələbə münasibətilə təbrik etdi.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da "Azərreyl" klubunun üzvlərini təbrik etdi.
Əməkdar Məşqçi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, Azərbaycan yığmasının baş məşqçisi Faiq Qarayev "Azərreyl" klubunun üzvlərinə qızıl medalları təqdim etdi.
Klubun üzvlərinə çələnglər təqdim olundu.
Azərbaycan voleybolunun inkişafına xüsusi töhfələrinə görə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Avropa Voleybol Konfederasiyasının Kubokuna layiq görüldü. Kuboku Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti xanım Banu Can Şurman təqdim etdi.
Mükafatlandırma mərasimindən sonra qalib komandaların üzvləri Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə xatirə şəkli çəkdirdilər.
AzərTAc

Foto: AzərTAc

DİGƏR XƏBƏRLƏR
-
Bölgələrin real tələbatına uyğun inkişaf planları: 14 iqtisadi zonada təlimlərə start verildi - (Foto)
-
Kolleclərə yeni təyinatlar olub
-
Ayın 24-də 20 dərəcə isti olacaq - Proqnoz
-
Bazarlarda gizli satılan balıq - Qiyməti və ovlanması ilə bağlı açıqlama
-
Əlilliyi olan şəxslərlə bağlı yeni qərar - Tələb ləğv edildi
-
Azərbaycanda yeni orfoqrafiya lüğəti hazırlanır: Hansı sözlərin yazılışı dəyişəcək?
XƏBƏR LENTİ
-
"Sabah" - "Barselona" oyununun hakimləri bəlli oldu
-
Bölgələrin real tələbatına uyğun inkişaf planları: 14 iqtisadi zonada təlimlərə start verildi - (Foto)
-
Əli Kərimlinin məhkəməsinə Ramiz Mehdiyev çağırıldı - Ailəsi ilə birgə
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Kolleclərə yeni təyinatlar olub
-
Tovuzda avtomobil körpüdən aşdı - Yaralılar var
-
Ayın 24-də 20 dərəcə isti olacaq - Proqnoz
-
Məşhur gürcü qanuni oğru Moskvada saxlanıldı
-
Bazarlarda gizli satılan balıq - Qiyməti və ovlanması ilə bağlı açıqlama
-
Azad edilmiş ərazilərdə 16 tank əleyhinə mina aşkarlandı
-
Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib - (Foto)
-
Əlilliyi olan şəxslərlə bağlı yeni qərar - Tələb ləğv edildi
-
Azərbaycanda yeni orfoqrafiya lüğəti hazırlanır: Hansı sözlərin yazılışı dəyişəcək?
-
Boşanmaların sayına görə ilk sırada hansı rayon gəlir?
-
Simeone La Liqada tarixi rekorda imza atdı
-
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib - (Yenilənib)
-
Şəhriyar Əbilov: "Bu, nə idi yaşadığım? Nur içində yat"
-
Bakıda hoteldə 46 yaşlı kişi öldü
-
Sılanın əzələli görünüşü diqqət çəkdi - (Video)
-
Qəzetlərə çap üçün aylıq 5 000 manat, saytlarına isə 3 000 manat dəstək veriləcək
-
Bakıda pirotexniki vasitələr aşkar edildi
-
“Heç kimin insanların həyatını təhlükəyə atmağa haqqı yoxdur”
-
Nəfəs Pünhanla yayılan videosuna açıqlama verdi