Cəmiyyət

Günün qoroskopu

5 Aprel 2011 05:00
Baxış: 216
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Göylərin mənzərəsi

5 aprel, çərşənbə axşamı, III Ay günü, Günəş - Qoçda, Ay - Buğada, Merkuri - Qoçda, Venera - Balıqlarda, Mars - Qoçda, Yupiter - Qoçda, Saturn - Tərəzidə, Uran - Qoçda, Neptun - Dolçada, Pluton - Oğlaqda.

Münəccim öncəgörümləri

Qoç - Gücünüz azdır. Ünsiyyətlərinizi çoxaldın. İşlərinizdə müvəffəq olmasanız da, cəhdlərinizə görə fərqlənəcəksiniz. Maliyyə durumunuzla bağlı problemləri yoluna qoymaqda çətinliklərlə üzlləşəcəksiniz. Səhhətinizi qoruyun.

Buğa -  Səhhətinizdən ciddi şikayətiniz olmayacaq. Biznes planlarını həyata keçirmək sizin üçün problem yarada bilər. Sevgi münasibətlərində yaxşılığa doğru irəliləyiş var. Romantik əhval-ruhiyyəniz yüksək olacaq.

Əkizlər - Səhhətinizə qarşı diqqətli olmalısınız. Özünüzü zəif hiss edəcəksiniz. Yaxın əhatəniz problemlərinizi həll etməkdə yardımçı olacaq. Maddi durumunuzu yüksəltmək üçün çalışmalarınızda əməli nəticələri artıra bilərsiniz. İnamla çalışın.

Xərçəng - Əsəbi ovqat həll oluna biləcək maliyyə məsələlərini çətinə sala bilər. Özünüzü güclü hiss edəcəksiniz. Sevgi münasibətlərində qarışılıqlı rəğbət üstünlük təşkil edəcək.  

Şir -  Şəxsi münasibətlərinizdəki uğursuzluq sizi ruhdan salmamalıdır. Problemlərinizin həlli yaxın adamlarla ünsiyyətlərin səmimiliyindən çox asılıdır. Hələ də sevgi məsələlərini həll edib qurtara bilmirsiniz.

Qız - Diplomatik imkanlarınızdan istifadə etməklə məsələləri yoluna qoymağa cəhd edin. Maliyyə problemlərini həll etməkdən ötrü yaxşı vaxt deyil. Səhhətinizdən ciddi şikayətiniz olmayacaq.

Tərəzi - Səhhətinizə qarşı diqqətli olun. Gücünüz çox deyil. Ondan səmərəli istifadə etməklə bir sıra problemlərinizi həll edə bilərsiniz. Maliyyə problemləri sizin üçün çətin həll olunanlardan deyildır.

Əqrəb -  Biznes işləriniz alınmır. Çəkdiyiniz zəhmət müqabilində gözlədiyiniz bəhrəni görmək şanslarınız azdır. Səhhətinizdən şiklayətiniz olmayacaq. Pis xatiratı yaddan çıxarın.

Oxatan - Yaxın adamların yardımı ilə imkanlarınız, böyük şanslarınız yaranacaq. Gücünüzü boş yerə israf etməyin. Ən vacib və xeyirli məsələlrin həllinə yönəlin. Səhhətinizə qarşı diqqətli olmalısınız.

Oğlaq - Gücünüz çoxdur. İşləriniz yavaş-yavaş alınmaqdadır. Çəkdiyiniz zəhmətlər gözlədiyiniz əməli nəticəni vermir. Maliyyə vəziyyətinizi yaxşılaşdırmaq imkanlarınızdan istifadə edə bilmirsiz. Ünsiyyətlərinizdə qayğıkeş olun.

Dolça -  Əhval-ruhiyyənizdə sıxıntı olacaq. Özünüzü zəif hiss edəcəksiniz. Əsas fəaliyyətinizdə zəkanızın və istedadınızın səmərəsindən istifadə etməlisiniz. Maddi durumunuzu yüksəltmək şanslarınızı gerçəkləşdirin.

Balıqlar -  Səhhətinizdən ciddi şikayətiniz olmayacaq. İşləriniz istədiyiniz qədər yaxşı alınmaqdadır. Ünsiyyətlərinizdə qarşılıqlı anlaşma yaranıb. Qənaətlə dolansanız, qazancınız işlərinizi sahmana salmaq üçün yetərli olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.